Yan Kalum (; ) — İngilis avtomobil dizayneri və "Jaguar" markasının keçmiş baş dizayneri.

Həyatı Yan Kalum 30 iyul 1954-cü ildə Damfrisdə anadan olub. Aberdin Universitetində avtomobil dizaynı üzrə təhsil alıb. O, karyerasına 1980-ci illərdə avtomobil dizaynı sahəsində başlayıb və ilk olaraq "Ford" markasında çalışıb. Daha sonra "Aston Martin"də işləyərək, bu markanın əfsanəvi modellərinin dizaynına rəhbərlik edib. "Aston Martin DB7" və DB9 kimi modellər Yan Kalumun dizaynıdır.1998 Nissan R390 GT1 , accessed 16 April 2016

1999-cu ildə "Jaguar" markasına qatılan Yan Kalum markanın dizaynının yenidən formalaşmasında və müasir görünüşə qovuşmasında böyük rol oynayıb. Onun rəhbərliyi altında yaradılan "Jaguar" XK (2006) və "Jaguar" XF (2007) modelləri, markanın müasir və dinamik dizayn dilini təmsil edir. "Jaguar" F-Type (2013) isə Yan Kalumun ən tanınan və ən böyük uğuru sayılır. F-Type, "Jaguar" markasının idman avtomobilləri xəttinin simvolu halına gəldi. Yan Kalum "F-Type" ilə "Jaguar"a yeni bir ruh gətirdi və markanın idman avtomobilləri sahəsindəki mövqeyini gücləndirdi.

2019-cu ildə Britaniya avtomobil sənayesinə xidmətlərinə görə "Britaniya imperiyası" ordeni ilə təltif edilib.

İstinadlar

Xarici keçidlər

Callum official website Ian Callum Ford Biography Ian Callum interview in Pistonheads