Həməd bin Məhəmməd Əl Şərqi (; ) — Əl-Füceyrə əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Ali Birlik Şurasının üzvü.
Bioqrafiyası Həməd bin Məhəmməd Əl Şərqi 22 fevral 1949-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə Əmirliyinin keçmiş hökmdarı Şeyx Məhəmməd bin Həməd Əl Şərqinin ailəsində anadan olub. Anası şeyxa Fatimə bint Rəşid Əl Nuaimi qonşu Əcmən əmirliyinin şahzadəsi, Əcmanın indiki hökmdarı Şeyx Hümeyd bin Rəşid Əl Nuaiminin bacısı idi.Gen. Mohamed mourns Sheikha Fatima
Təhsili Şeyx Həməd Britaniyada təhsil alıb. İngilis və ərəb dillərini mükəmməl bilir.
Karyerası Şeyx Həməd 1971-1974-cü illərdə BƏƏ-nin Kənd Təsərrüfatı və balıqçılıq naziri vəzifəsində çalışıb."Fujairah's Ruler Family". 1974-cü ildə atasının ölümündən sonra onun yerinə Füceyrə taxtına keçib.
O, dil bilikləri və Əbu-Dabi, Dubay və Əcmənın hakim ailələri ilə yaxşı münasibətlərinə görə tez-tez beynəlxalq seminar və konfranslarda BƏƏ-nin nümayəndəsi kimi çıxış edir. Şeyx Həməd Birləşmiş Ərəb Əmirliklərinin prezidentini beynəlxalq seminar və konfranslarda ən çox təmsil edənlərdəndir.
Həməd bin Məhəmməd Əl Şərqinin siyasəti Füceyrəni cəlbedici investisiya mühitinə malik müasir ticarət və turizm mərkəzinə çevirməkdir.
Ailəsi Əl Şərqi ailəsinin Əbu-Dabini idarə edən Əl Nəhyan ailəsi ilə yaxın münasibətləri var və bu münasibətlər evlilik ittifaqları vasitəsilə təsdiqlənir. Onların Dubay hakim ailəsi ilə də oxşar əlaqələri var. Ailənin Əcmənla əlaqəsi Şeyxin anasının Əcmən hökmdarının bacısı olmasıdır.
Şeyx Həməd Dubayı idarə edən Əl-Məktum ailəsinin üzvü Şeyxa Fatimə bint Tani Əl Məktumla evlidir. Onların altı uşağı var:
Sara bint Həməd bin Məhəmməd Əl Şərqi (1985) — Şarja Amerika Universitetinin məzunu. Məhəmməd bin Həməd bin Məhəmməd Əl Şərqi (1986) — Əl-Füceyrə vəliəhdi.İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi ilə görüşmüşdür Rəşid bin Həməd bin Məhəmməd Əl Şərqi (1987) — İqtisadiyyat üzrə fəlsəfə doktoru. Şeyxa Şəmsə bint Həməd bin Məhəmməd Əl Şərqi (1988) — Zayed Universitetinin məzunu. Füceyrədə müxtəlif xeyriyyə təşkilatlarının rəhbəri. Şeyxa Mədiya bint Həməd bin Məhəmməd Əl Şərqi (1989) — modelyer Məktum bin Həməd bin Məhəmməd Əl Şərqi (1991) — Sandhurst Kral Hərbi Akademiyasının məzunu, BƏƏ quru qoşunlarında xidmət edir.
Həmçinin bax Sultan ibn Məhəmməd Qasımi Əl Qasimi Əl Məktum
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ərəb sülalələri Kateqoriya:BƏƏ siyasətçiləri Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Əmirlər