Mechatok (24 mart 1998, Münxen) — Almaniyadan olan musiqi prodüseri və dicey. Yaradıcılığında "Drain Gang" musiqi kollektivi ilə sıx əməkdaşlıq edib. 2020-ci ildə bu qrupun üzvü Bladee ilə birlikdə "Good Luck" adlı ortaq albom hazırlayıb. 2025-ci ildə isə "Wide Awake" adlı ilk fərdi studiya albomunu dinləyicilərin ixtiyarına verib.

Erkən həyatı Mechatok (Əmir Timur Tökdəmir) çoxmədəniyyətli bir ailədə böyüyüb. 1998-ci ildə Almaniyanın Münxen şəhərində doğulub. Valideynləri mühacirdir: atası Türkiyədən, anası isə Tunisdən Almaniyaya köçüb. Musiqiyə çox erkən yaşlarından maraq göstərib. Altı yaşından musiqi alətlərində çalmağı öyrənib, xüsusilə gitara və pianoda özünü sınayıb. Yeniyetməlik dövründə müxtəlif musiqi qruplarında iştirak edib, hətta bir ara klassik gitara ifaçısı kimi yarıpeşəkar karyera qurmağı düşünüb. 14 yaşında həyatı tamam başqa istiqamət alıb. Atası evə "GarageBand" proqramı olan kompüter alanda, elektron musiqi yaratmağın ona daha yaxın olduğunu anlayıb. Bu sahədə özünü daha sərbəst və rahat hiss edib. 15 yaşından etibarən yaratdığı musiqi əsərlərini internet üzərindən yayıb. Musiqidə ilk uğurlarını qazanandan sonra daha böyük imkanlar axtararaq Berlinə köçüb.

Diskləri Studiya albomları Good Luck (Bladee ilə) (2020) Wide Awake (2025)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniya musiqiçiləri Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri