Noa Patrik Dillon () — ABŞ musiqiçisi; fotoqraf və rejissor. Özünün yaratdığı "The Hellp" qrupunda çalışır. Bir müddət model Luka Sabbatla "Hot Mess" adlı yaradıcılıq birliyi qurub işlədib, amma sonradan bu layihə bağlanıb.
Erkən illəri Noa Dillon Koloradonun Duranqo şəhərində böyüyüb. Ali təhsilini Fort Luis Kollecində alıb. Əsas ixtisası fiziologiya olub, pedaqogika fənlərini də əlavə seçib. "Hot Mess" layihəsini qurduğu dövrdə doğma şəhərindəki məktəblərdən birində müəllimləri əvəz edirmiş.
Fəaliyyəti
Fotoqrafiya 2020-ci ildə Yel Universitetində sənətdə səmimiyyət mövzusunda məruzə edib. 2021-ci ildə "The Marías" qrupunun albom üzlüyünü hazırlayıb. 2022-ci ildə Los-Anceles küçə dəbini əks etdirən "Blust" adlı fotoalbomunu buraxıb. Tanınmış aktyor Nikolas Keyc və xanımı Riko Şibatanın "Flaunt" jurnalı üçün fotolarını çəkib. 2023-cü ildə isə musiqiçi İv Tümorün "Alternative Press" jurnalının payız sayının üz qabığı üçün fotosessiyasını həyata keçirib.
Həmin dövrdə ispan sənətçisi Rozaliyanın "Lux" adlı albomunun bədii tərtibatını öz üzərinə götürüb. Albomun vinil buraxılışı üçün bütün foto-materialları da o hazırlayıb.
Kino 2016-cı ildə "YouTube"da "Chemical Sunday" filmini təqdim edib - Nyu-Meksikoda yaşayan navaxo tayfasından olan dörd nəfərin həyat hekayəsini ekranlaşdırıb. Bu işlə bağlı "Dazed" jurnalında yazısı da çıxıb. 2019-cu ildə də musiqiçi Rayan Bitti üçün videoklip çəkib. 2022-ci də isə "Le Père" geyim markasının yaz mövsümü üçün reklam filmi hazırlayıb. 2024-cü ildə Ian və Chief Keef-in "Sh*t Sad" mahnısına klip rejissoru olub.
İncəsənət
Solo iş 2023-cü ildə Los-Ancelesdə Pio Piko Qalereyası N. Dillonun əsərlərindən ibarət "Yeni işlər" () sərgisini təşkil edib.
Hot Mess 2016-cı ildə "Off-White" brendinin sahibi Vircil Ablo onlara "WOMAN" kitabını hazırlamağı həvalə edib. 2017-ci ildə Milk Qalereyası N. Dillon və Sabbatdan Nyu-York Moda Həftəsi üçün 250 multimedia işi istəyib. Bu işlər "Hot Mess"dən olan şair Körtis Eqqlstonun şeirləri ilə bir yerdə nümayiş olunub. Sonradan "SSENSE" markası ilə birlikdə geyim xətti çıxarıblar. 2021-ci idə Los-Ancelesın Terminal 27 qalereyasında ikisinin "Səthlər" () adlı birgə sərgisi açılıb.
The Hellp
2015-ci ildə də Duranqoda Eddi Liabo və Devin Finukeynlə "The Hellp" qrupunu qurub. 2016-cı ildə ilk albomları "Twin Sinner"i yayımlayıblar. 2021-ci ildə "Terrible Records" şirkətinə keçib və "Enemy" minialbomunu buraxıblar. 2023-cü ildə "Atlantic Records"un alt şirkəti olan "Anemoia" ilə anlaşıblar. 2024-cü ilin oktyabrında ikinci albomları "LL"i çıxarıblar.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ fotoqrafları