Bredberi Tompson (; ) — Amerikalı jurnal və poçt markalarının dizayneri və bədii rəhbər.
Həyatı Bredberi Tompson 1911-ci il martın 25-də Kanzas ştatının Topika şəhərində anadan olmuşdur. O, Voşbern Universitetində incəsənət və dizayn üzrə təhsil alıb. Universitet illərində çap texnologiyaları sahəsində özünü inkişaf etdirmişdir.Bradbury Thompson Alumni Center - About the center
O, uzun illər "Westvaco Paper Company" üçün dizayn edərək, innovativ tipoqrafiya və vizual dizayn üslubları ilə tanınmışdır. O, kitab və jurnallar üçün yaratdığı fərqli dizayn konseptləri ilə çap sənayesində dəyişikliklər etmişdir. Tompson müxtəlif klassik və modern şriftlərdən istifadə edərək, yazı tərzlərinə yeni nəfəs gətirmişdir.
Tompson 1956-cı ildən 1995-ci ilə qədər Yel Universitetinin müəllim heyətində çalışmışdır. O, 1975-ci ildə AIGA Qızıl Medalına layiq görülmüşdür. 1977-ci ildə İncəsənət Direktorları Klubunun Şöhrət Zalına daxil edilmiş və 1986-cı ildə Tip Direktoru Klubu Medalına layiq görülmüşdür.
1988-ci ildə onun "Qrafik Dizayn Sənəti" adlı avtobioqrafiyası Yel Universiteti Nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Kitab İncəsənət Kitabxanaları Cəmiyyətindən ilin ən yaxşı sənət kitabı kimi Şimali Amerikanın Corc Vittenborn Xatirə Mükafatını qazanmışdır.
Tompson 1 noyabr 1995-ci ildə Konnektikut ştatının Qrinviç şəhərində vəfat etmişdir. Onun məqalələri Çikaqodakı İllinoys Universitetində və Yel Universiteti Kitabxanasında saxlanılır. Şəxsi kolleksiyasından olan kitablar 2000-ci ildə Milli İncəsənət Qalereyası Kitabxanasına bağışlanmışdır"Resources for Scholarly Research", 2000 Annual Report. Washington: National Gallery of Art, 2001, p 33 .
İstinadlar
Ədəbiyyat The Art of Graphic Design, Yale University Press, 1988. ()
Xarici keçidlər
Timeline of Thompson's life Alphabet 26 on 2 a future me website Alphabet 26 on the website of Paul Baker Typography Art Directors Club biography, portrait and images of work Bradbury Thompson Papers (MS 1794). Manuscripts and Archives, Yale University Library.
Kateqoriya:Tipoqrafika Kateqoriya:XX əsr ABŞ dizaynerləri