Nəfi (; ) — osmanlı satirik şairi.
Bioqrafiyası Əsl adı Ömərdir. Nəfi isə onun təxəllüsüdür. Əli Mustafa Əfəndinin "Məcməul-bəhreyn" adlı əsərində verdiyi məlumata və özünün Hafiz Əhməd Paşaya yazdığı qəsidəyə görə, hicri 980-ci (1572) ildə anadan olmuşdur (güman ki). Nəfi Ərzurumun Pasinlər (Həsənqala) ilçəsində dünyaya gəlmişdir. Onun babası Pasinlər sancaqbəyi Mirzə Əli, atası isə Micingerd (Sarıqamış) sancaqbəyi Mehməd Bəydir.
Nəfi I Əhmədin dövründə İstanbula getmiş, burada müxtəlif vəzifələrdə çalışmış və yaradıcılıqla məşğul olmuş, satirik şeirlər yazmışdır. IV Muradın dövründə onun satirik şeir yazması qadağan olunmuşdur. Bununla belə yenə satirik şeirlər yazmağa davam edən Nəfi nəticədə ölümə məhkum edilmişdir. Katib Çələbi ilə Nəimənin bildirdiyinə görə, Nəfi Bayram Paşanın əmri ilə Boynuəyri Mehmed Ağanın başçılığında sarayın odunluğunda edam olunmuş və nəşi dənizə atılmışdır.
Yaradıcılığı Nəfinin yaradıcılığında fəxriyyə olduqca mühüm yer tutur. Divan şairləri arasında fəxriyyəyə ən çox yer verən şairlərdən biri olan Nəfinin sözüm rədifli 44 beytlik qasidəsinin 42 beyti fəxriyyədirFAHRİYYE. İstifadə tarixi: 19 aprel 2026.. Bir hesablamaya görə isə Nəfinin divanında yer alan 62 qəsidənin 54-də fəxriyəyə rast gəlinirFahriyye Nedir? İstifadə tarixi: 19 aprel 2026..
Əsərləri Divan (türkcə). Müəllifin şəxsən tərtib etdiyi əsərdə qəsidələr üstünlük təşkil edir. Divan (farsca). Bu əsər daha çox eşqə və təsəvvüfə həsr edilmişdir. Töhfətül-uşşaq. Bu əsər 97 beytlik bir qəsidədir. Sihəmi-qəza. Satirik mövzuda qələmə alınmış əsər.
İstinadlar
Kateqoriya:Osmanlı divan şairləri Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Osmanlı imperiyasında edam olunanlar Kateqoriya:XVII əsr şairləri