Südabə Qalib qızı Ağayeva () — Azərbaycan cüdoçusu.

Həyatı 2001-ci il iyul ayının 23-də Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur. İlk təhsilinə 125 saylı orta məktəbdə başlamışdır.

2013-cü ilin yanvar ayında "Bakı Şəhər Açıq Birinciliyində" 36 kq — da ikinci yerə, 2015-ci ilin yanvar ayında yenidən "Bakı Şəhər Açıq Birinciliyində " 52 kq — da üçüncü yerə çıxmışdır. Daha sonra Azərbaycan Respublikası çempionatın U — 15 Cüdo 52 kq — da 3-cü yerə çıxmışdır. 2015-ci ilin mart ayında isə "8 Mart Beynalxalq Qadınlar Günü " nə həsr olunmuş yarışda birinci yerə çıxmışdır. Həmçinin "Yasamal idman klubunun Açıq Birinciliyində" 50 kq — da 2-ci yerə, Ümumilli lider Heydər Əliyevin ildönümü ilə bağlı keçirilən Pirşağı — Kürdəxanı idman zalının cüdo üzrə Açıq Birinciliyində 50 kq-da III yerə çıxmışdır.

2026-cı ilin oktyabrında Aktau Asian Open 2026 beynəlxalq turnirində qızıl medal qazandı.

İstinadlar