thumb|right|Əli Kərimli 2024-cü ildə. Əli Kərimlinin həbsi, həmçinin AXCP fəallarının həbsi — 29 noyabr 2025-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilməsi. Əlavə olaraq, həmin gün partiyanın bir sıra fəalları – Məclis üzvü Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, mühafizəçi Ruslan Əmirli, Sabunçu rayon təşkilatının rəhbəri Fariz Əlizadə və keçmiş Gədəbəy rayon təşkilatının sədri, rayonun sabiq icra başçısı Saleh Rüstəmli də saxlanılmış və Bakıya gətirilmiş, sabiq millət vəkili və Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılmış və İstanbuldan Azərbaycana deportasiya olunması üçün Arnavutköyə aparılmışdır. Saxlanılmalar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra açılmış cinayət işi ilə əlaqələndirilmişdir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli, həmçinin Məmməd İbrahimə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülmüşdür. 1 dekabr 2025-ci ildə Səbail rayon məhkəməsi Əli Kərimlinin 2 ay 15 gün müddətinə həbs edilməsi barədə vəsatəti təmin etmişdir. 5 dekabr 2025-ci ildə Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətini təmin etməmişdir.

Əməliyyat çərçivəsində AXCP rəhbərliyinə və yerli strukturlarına aid bir neçə şəxsin eyni gündə saxlanılması, eləcə də çoxsaylı ünvanlarda aparılan axtarışlar istintaq tədbirlərinin əvvəlcədən planlaşdırıldığını göstərmişdir. Rəsmi mənbələr Əli Kərimlinin evində Ramiz Mehdiyevə aid məktubun "ilkin versiyası"nın tapıldığını bildirmiş, bu sənəd onun Mehdiyev ilə əlaqəsinin sübutu kimi təqdim olunmuşdur. AXCP ittihamları tamamilə rədd etmiş, onları siyasi motivli və uydurma adlandırmışdır.

Həbslərdən əvvəl Ramiz Mehdiyevin ev dustaqlığına alınması və ona qarşı irəli sürülən ittihamlar fonunda hökumətyönlü media orqanlarında müxalifət partiyalarına qarşı geniş mətbuat kampaniyası aparılmışdır. Bu materiallarda AXCP və Müsavat Partiyasının Mehdiyevin "şəbəkəsi" ilə əməkdaşlıq etdiyi, ölkədə siyasi prosesləri qeyri-sabitləşdirmək üçün istifadə olunduğu irəli sürülmüşdür. Müxalifət dairələri bu iddiaları siyasi təzyiqin bir hissəsi kimi qiymətləndirmiş və onları ölkədə müstəqil siyasi qüvvələrin neytrallaşdırılmasına yönəlmiş kampaniya kimi dəyərləndirmişdir.

Faiq Əmirli və Ruslan Əmirli əməliyyatın keçirildiyini günün axşamı, Saleh Rüstəmli isə növbəti gün azadlığa buraxılmışdır.

Hadisə beynəlxalq mediada da geniş işıqlandırılmış və bir çox xarici nəşrlər Əli Kərimlinin saxlanılmasını Azərbaycanda müxalifətə qarşı artan təzyiqlərin növbəti mərhələsi kimi təqdim etmişdir. Hüquq müdafiə təşkilatları və siyasi müşahidəçilər hadisəni ölkədə siyasi rəqabətin məhdudlaşdırılması və ifadə azadlığının zəifləməsi kontekstində qiymətləndirmişdir.

Zəmin

AXCP Əli Əmirhüseyn oğlu Kərimov 28 aprel 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetində hüquq üzrə təhsil almışdır. O, təhsil illərində demokratik islahatları dəstəkləyən "Yurd" hərəkatını yaratmışdır. 1 may 1993-cü ildə o dövrdə prezident olmuş Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikasının Dövlət katibi təyin edilmiş, lakin 1993-cü il 4 iyun hadisələrindən və Heydər Əliyevi hakimiyyətə gəlməsindən sonra istefa vermişdir. 7 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən vəzifəsindən azad edilmişdir. Elçibəyin 2000-ci ildə vəfatından sonra Kərimli Azərbaycan Xalq Cəbhəsinin islahatçı fraksiyasının rəhbəri olmuşdur.https://www.reuters.com/world/azerbaijani-opposition-leader-placed-pre-trial-detention-over-alleged-coup-2025-12-01/ 12 noyabr 1995-ci və 5 noyabr 2000-ci ildə proporsional seçki sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasından Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

2016-cı ildə Aprel döyüşləri barədə hökuməti tənqid etdikdən sonra onun əleyhinə, hökumət tərəfindən təşkil olunduğu iddia edilən və sürgün tələb edən etiraz aksiyaları başlamışdır. Kərimlinin 2020-ci ildən bəri ölkədən çıxışı qadağan olunmuşdu və pasportsuz yaşayırdı. Hakimiyyət orqanları illər əvvəl onun beynəlxalq pasportunu müsadirə etmişdi. Bunun nəticəsində Kərimli dünya üzrə etibarlı səyahət sənədi olmayan nadir müxalifət liderlərindən biri olmuşdur. O, 2011-ci ildə bölgədəki etirazlar fonunda aksiyalar təşkil etmişdir və baş prokurorluqda səkkiz saatlıq dindirilməyə məruz qalmışdır. 2020-ci ilin aprel ayında partiya liderinin mobil telefon xidmətinin və internetə çıxışının kəsildiyini, naməlum şəxslərin onun "WhatsApp" və "Telegram" hesablarını ələ keçirdiyini bildirmişdir. Partiya üzvləri Kərimliyə qarşı "informasiya blokadası" tətbiq olunduğuna inanırdılar.

Milli Şura thumb|right|Rüstəm İbrahimbəyov 2010-cu ildə.

2012-ci ildə Rusiyada "Milyarderlər İttifaqı" kimi tanınan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" (RATİ) təsis edilmişdir. Təşkilatın rəhbərliyində Abbas Abbasov və "İBRUS" şirkətinin sahibi Rüstəm İbrahimbəyovun olduğu bildirilmişdir. Sözügedən təşkilata Araz Ağalarov, Vahid Ələkbərov və İsgəndər Xəlilov kimi şəxslər üzv idi. İbrahimbəyov bu dövrdə, 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərində İlham Əliyevə rəqib namizəd olmaq istəyirdi. Azərbaycan hakimiyyəti inanırdı ki, Rusiya müxalifət namizəd Rüstəm İbrahimbəyovu dəstəkləməklə prezident seçkilərinə müdaxilə etmək niyyətində idi. İbrahimbəyov özü bildirmişdi ki, RATİ onu dəstəkləməkdən qəti şəkildə imtina etmişdi, çünki "onlar çox ehtiyatlı insanlar" idilər. Buna baxmayaraq, Əli Kərimli və onun tərəfdarları onun yeganə müxalifət namizədi kimi namizədliyinə səs vermiş, 2013-cü ilin may ayında müxalifət koalisiyası kimi yeni bir təşkilat – Demokratik Qüvvələrin Milli Şurası yaradılmışdır. Koalisiya Xalq Cəbhəsi Partiyasını, Müsavat Partiyasını, Eldar Namazovun hərəkatını və Azərbaycan Liberal Partiyasını birləşdirmişdir. İbrahimbəyovun prezident seçkilərində iştirakı iyul ayında elan edilmişdi. Avqust ayında Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) İbrahimbəyovun namizədliyini rədd etmişdi. MSK katibi Arifə Muxtarova bildirmişdir ki, bu qərarı İbrahimbəyovun ikili vətəndaşlığı ilə əlaqələndirilir, çünki Azərbaycan Konstitusiyası digər ölkələrin vətəndaşlarının prezidentliyə namizədliyini irəli sürməsini qadağan edir. 24 avqust 2013-cü ildə Cəmil Həsənli Milli Şura tərəfindən vahid namizəd kimi irəli sürülmüşdür. O, prezident seçkilərində səslərin 5.53%-ni yığmış və ikinci olmuşdur. Beynəlxalq qurumlar seçkilərin şəffaflığını sual altına almışdır.STATEMENT OF PRELIMINARY FINDINGS AND CONCLUSIONS Официальный сайт БДИПЧ ОБСЕОкончательный доклад миссии ОБСЕ по выборам президента РА 09.10.2013 24.12.2013

Abbas Abbasov 2015-ci ilin iyulunda RATİ-nin ləğv edilməsi prosesinə başlandığını bildirmişdir. Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir. 13 mart 2022-ci ildə Moskvada yerləşən Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir. O, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bundan başqa, birliyin üzvü olan milyarderlərdən heç biri xəyanətə görə təzyiq görməmişdir. Həm Ağalarovlar, həm də Ələkbərovlar Azərbaycanda nüfuzlu olaraq qalırlar.

Ramiz Mehdiyevin həbsi

Ramiz Mehdiyev son onilliklərdə Azərbaycanın siyasi tarixində əsas şəxsiyyətlərdən biri olmuşdur. O, daha əvvəl, SSRİ hakimiyyəti dövründə müxtəlif vəzifələr turmuş, 1994-cü ildə sabiq prezident Heydər Əliyevin hökumətinə qoşulmuş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuşdur. SSRİ-nin süqutundan sonra da Mehdiyev müxtəlif dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti (2019–2022), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995–2019), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü (2007), Azərbaycan Respublikasının Həqiqi Dövlət Müşaviri, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin (1993–05.03.2021) və Veteranlar Şurasının üzvü (05.03.2021–h.h.) olmuşdur.

thumb|right|Ramiz Mehdiyev 2018-ci ildə.

Ramiz Mehdiyev Azərbaycandakı siyasi proseslərin mərkəzində olan fiqurlardan biri hesab edilmiş və "boz kardinal" olaraq tanınmışdır. "Azadlıq Radiosu"na görə, Mehdiyev sistemə çox güclü şəkildə nüfuz etmiş şəxs olmuşdur. O, uzun müddət ölkənin daxili işlərində mühüm rol oynamış və bəzi analitiklər tərəfindən "dəyişdirilə bilməz" kimi qiymətləndirilmişdir. Politoloq Elman Telmanoğlu bildirmişdir ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanın siyasi sistemində formalaşdırdığı əlaqələr şəbəkəsi, ideoloji və informasiya sahəsindəki təsiri Rusiyanın postsovet məkanında fiquru kimi qiymətləndirilmişdir. "Meydan TV"də qeyd olunmuşdur ki, Ramiz Mehdiyev seçki saxtakarlığı etmək, mətbuatı hakimiyyətdən asılılaşdırmaq və xalqdan oğurladıqları ittihamları ilə bağlı uzun müddət tənqid olunmuşdur. "OC Media" nəşrinin məlumatına görə, Ramiz Mehdiyevin Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil jurnalistikaya qarşı həyata keçirilən təzyiqlərdə mühüm rol oynamışdır. O, 2014-cü ildə etdiyi çıxışında vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil jurnalistləri "beşinci kolon" adlandırmışdır. Bu bəyanatdan sonra ölkədə bir sıra repressiv addımların atıldığı bildirilmişdir. Həmin dövrdə "Azadlıq Radiosu"nun Bakı bürosunun bağlanması, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs edilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunun qəbul edilməsi və hakimiyyətdən asılı olmayan mediaya qarşı cinayət işlərinin başlanması bu prosesin tərkib hissəsi kimi qiymətləndirilmişdir. 2015-ci ildə Mehdiyev xarici jurnalistlərin Azərbaycanda fəaliyyətinə dörd il müddətinə qadağa qoyulması qərarının qəbulunda rol oynamışdır.

Mətbuat kampaniyası Ramiz Mehdiyevin ev dustaqlığına alınmasından sonra hökumətə yaxın media orqanlarında müxalifət partiyaları — əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası barəsində silsilə məlumatlar və ittihamlar yayımlanmağa başlamışdır. Bu yazılarda iddia edilmişdir ki, həmin partiyalar Ramiz Mehdiyevin "gizli şəbəkəsi" ilə əlaqədə olmuş, hakimiyyətin çevrilməsi planında adı keçən "50 nəfərlik Dövlət Şurası" siyahısında müxalifət təmsilçiləri də yer almışdır. Bundan sonra bəzi müxalifət partiyaları və liderləri, xüsusilə AXCP ictimai mediada hədəf halına gəlmiş, onlara qarşı ifşa və böhtan kampaniyaları aparılmışdır. Müxalifət dairələrində bu iddiaları repressiya və siyasi təzyiqin bir hissəsi kimi qəbul edənlər olmuşdur. Onlar hesab etmişdilər ki, bu "iddialar" sayəsində müstəqil müxalifət sarsıdılır, siyasi pluralizm zəiflədilir. Hədəf alınan partiyaların liderləri və simaları bu xəbərləri iftiralar, "provokasiya", "ədalətsiz ittihamlar" kimi qiymətləndirmişdir.