Miuçça Prada Bianki () — İtalyan dizayner və lüks moda markası Pradanın yaradıcı direktoru. 1913-cü ildə Prada şirkətinin yaradıcısı Mario Pradanın ən kiçik nəvəsidir. Miuçça Prada İtaliyanın ən varlı qadınlarından biridir, onun varidatı 6,6 milyard dollar həcmində qitmətləndirilir. Həyatı Miuçça Prada 1949-cu ildə Milanda anadan olub. Ailəsi Pradanın sahibi idi. O, 1980-ci illərdə xalası tərəfindən övladlığa götürüldükdən sonra Miuçça Prada adını götürüb. Bioloji valideynləri Luiji Bianki və Luisa Prada olub. Onun iki böyük bacı-qardaşı var, Albert və Marina.

Milandakı Klassik Berhet litseyini bitirdikdən sonra Milan Universitetinə daxil olub və 1971-ci ildə siyasi elmlər üzrə dərəcə alıb, eyni zamanda Milandakı Pikkolo Teatroda aktyorluq təhsili alıb. 1978-ci ildə o, daha sonra həmin universitetdən siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb.

1978-ci ildə o, Prada Sp.A.-nı anasından miras alaraq şirkəti yüksək moda sənayesinə çevirməyə başladı.

Elə həmin il o, əri və hazırda biznes tərəfdaşı olan Patrizio Bertelli ilə tanış oldu. 1970-ci illərdə o, İtaliya Kommunist Partiyasına qoşuldu və Milanda qadın hüquqları uğrunda mübarizə apardı.

1989-cu ildə o, ilk hazır geyim xəttini təqdim etdi. 1993-cü ildə o, "Miu Miu" brendini işə saldı.

Miuççanın əri sayəsində Prada Evi indi LVMH kimi moda nəhəngləri ilə rəqabət apara bilər. Prada Evi "Gilles Sander", "Helmut Lang", "Azzedine Alaia" və digərlərinin brendlərini əldə etdi.

1995-ci ildə Patrizio Bertelli ilə birlikdə Milanda müasir incəsənət və mədəniyyət mərkəzi olan "Fondazione Prada"nı açdılar. İstinadlar

Xarici keçidlər

Women in Fashion biography from Time magazine Miuccia Bianchi Prada Miuccia Prada biography

Kateqoriya:İtaliya milyarderləri Kateqoriya:İtaliya kommunistləri Kateqoriya:İtaliya qadınları