Azad Zeynalov (tam adı: Azad Əsəd oğlu Zeynalov; ) — arxeoloq, qədim daş dövrü üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru, dosent. AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji texnologiya və ölçü-layihə" şöbəsinin aparıcı elmi işçisi, orta və erkən paleolit dövrünə aid paleolit düşərgələrin tədqiqatçısı.
Azad Zeynalov 1980-ci ildən bəri Azıx, Tağlar, Qazma, Buzeyir və digər paleolit dövrü abidələrində, eləcə də sonrakı dövrlərə aid abidələrdə arxeoloji qazıntılarda həm iştirak edib, həm də qazıntılara rəhbərlik edib.
2012-ci ildə Qaraca paleolit düşərgəsi Azad Zeynalov tərəfindən kəşf edilmiş və burada onun rəhbərliyi ilə arxeoloji tədqiqatlar aparılmışdır.
Həyatı Azad Zeynalov 3 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Yasamal rayonu 3 nömrəli məktəbə gedən Azad Zeynalov, sonradan təhsilini 189 nömrəli məktəbdə davam etdirib, 1976-cı ildə isə təhsil peşə məktəbini bitirib. 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb. 1976–1978-ci illərdə isə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
A.Zeynalov 1992-ci lin iyun ayında Bölük komandirinin müavini kimi Qarabağda erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. Ailəsi Azad Zeynalov evlidir və iki övladı var. Elmi fəaliyyəti Azad Zeynalov 1984-1990-cı illərdə Azərb SSR EA Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya sektorunun "Daş dövrü" şöbəsində baş laborant, 1990-1994-cü illərdə kiçik elmi işçi, 1994-2001-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, "Daş dövrü" şöbəsində elmi işçi, 2013-2015-ci illərdə "Arxeoloji xidmət" şöbəsində elmi işçi, 2015-2017-ci illərdə isə böyük elmi işçi vəzifələrində çalışmışdır. 2017-ci ildən AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji texnologiya və ölçü-layihə" şöbəsinin aparıcı elmi işçisidir.
2012-ci ildən bəri A.Zeynalov, rus arxeoloq və paleocoğrafiyaşünasları ilə birgə beynəlxalq paleolit ekspedisiyasına rəhbərlik edir. Bu çöl işi nəticəsində paleolit dövrünə aid bir neçə ərazi kəşf edilib ki, bunlardan biri də Qaracanın erkən paleolit dövrünə aid ərazisidir.
Azad Zeynalov 1980-ci ildən bəri Azıx, Tağlar, Qazma, Buzeyir və digər paleolit dövrü abidələrində, eləcə də sonrakı dövrlərə aid abidələrdə arxeoloji qazıntılarda iştirak edib. Uzun illər Naxçıvan ərazisində yerləşən Qazma mağara paleolit düşərgəsində aparılan arxeoloji qazıntılarda iştirak edib və rəhbərlik edib. 2014-cü ildə "Naxçıvanın paleoliti" adlı dissertasiya işini müdafiə edən Azad Zeynalov tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 2018-ci ildə isə Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. Onun 2016-cı ildə bu mağaraya həsr olunmuş "Neandertalın son sığınacağı" adlı monoqrafiyası çap olunmuşdur. thumb|300px|Arxeoloji tədqiqat zamanı. Qəbələ. 2012 2018-2022-ci illərdə Azərbaycan Elm Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun "Pleystosenin erkən mərhələlərində Xəzər dənizinin dinamikası və qədim insanların ona uyğunlaşması" mövzusunda 1-ci Azərbaycan-Rusiya qrantının rəhbəri olub. Beynəlxalq elmi fəaliyyəti Google Scholar profilində 162 sitat gətirilmə, 6 h-indeksi və 53 nəşri olan Azad Zeynalov, Qafqazda daş dövrünün öyrənilməsinə mühüm töhfələr vermişdir.
2010-cu ildə Azad Zeynalovun iştirakı və təşkilatçılığı ilə Bakıda Azıx mağarasının kəşfinin 50 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransın əvvəlində A.Zeynalov Məmmədəli Hüseynovun "Azərbaycanın Qədim Paleoliti" monoqrafiyasını nəşrə hazırlamışdı.
A.Zeynalov 2016-2019-cu illərdə Tokio Universiteti və Universitet Muzeyi ilə birgə beynəlxalq ekspedisiyaya rəhbərlik edərək, Azərbaycanın Qazax bölgəsindəki Damcılı mağarasında arxeoloji qazıntıları bərpa etmiş, arxeoloji tədqiqatlar əsasında "Damcılı mağarası" adlı monoqrafiyası nəşr olunmuşdur.
2016-cı ildə o, Cənubi Koreyanın Seul şəhəri yaxınlığındakı Yongok Tarixəqədərki Muzeyində keçirilən Asiyanın Paleolit (Qədim Daş dövrü) Arxeologiyası üzrə 5-ci Beynəlxalq simpoziumda "Azərbaycanın Erkən Paleolit dövrü" adlı məruzəsi ilə çıxış etmişdir.
2018-ci ildən 2022-ci ilin mart ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rusiya Fundamental Tədqiqatlar Fondunun "Xəzər dənizinin erkən pleystosen dövründə dinamikası və qədim insanların ona uyğunlaşması" mövzusunda ilk Azərbaycan-Rusiya qrantının rəhbəri olub. thumb|300px|Yaponiyanın Enqaru şəhərindəki Obsidian mənbəyində. 2023 2018-ci ildə onun fəal iştirakı və təşkilatçılığı ilə Bakıda və Qəbələdə dünyanın müxtəlif ölkələrindən onlarla arxeoloq və paleocoğrafiyaçıların qatıldığı Azıxantropun kəşfinin 50 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
2019-cu ildə o, İranın Tehran və Gilan əyalətlərində keçirilən INQUA – Ponto-Xəzər Stratiqrafiyası və Geoxronologiyası (POCAS) təşkilatının üçüncü Plenar Sessiyasında və çöl səfərində iştirak etmişdir. İclasda "Erkən Pleystosen Xəzər sahillərində yeni erkən paleolit kəşflərinin nəticələri" adlı birgə hesabat təqdim edilmişdir.
2023-cü ildən bəri Azad Zeynalovun birgə rəhbərlik etdiyi beynəlxalq ekspedisiyalar:
• Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəsisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə Tokio Universiteti və Universitet Muzeyi ilə birlikdə Tağlar mağarasında çöl işləri;
• Danimarka professoru Mads Faursçou Knudsenin rəhbərliyi ilə Orhus Universiteti ilə birlikdə Azıx mağarasında çöl işləri.
2023-cü ildə Azad Zeynalov Yaponiyanın Enqaru şəhərində Beynalxalq obsidian konfransında "Cənubi Qafqazda orta paleolit dövründə obsidianın əldə etmə xüsusiyyətləri" adlı məruzəsi ilə çıxış etmişdir. Məruzədə Azərbaycan, Rusiya və ABŞ alimlərinin, Azərbaycanın paleolit düşərgələrində aşkar olunmuş obsidian alətlərin mənbələrinə həsr olunmuş birgə apardığı tədqiqatların nəticələri yer almışdır.
2025-ci ildə A.Zeynalov Danimarkada, NordForsk tərəfindən maliyyələşdirilən və Danimarka Texniki Universiteti ilə Aarhus Universiteti tərəfindən həyata keçirilən THOCA (Mərkəzi Asiyada İnsan Məskunlaşmalarının Vaxtı və Ekologiyası) beynəlxalq seminarında iştirak edib. Seminarda Azad Zeynalov Azərbaycan-Danimarka beynalxalq arxeoloji ekspedisiyanın Azərbaycanın erkən hominin məskənlərindən olan Azıx mağarasında (Xocavənd), Qaraca açıq tipli paleolit düşərgəsində (Mingəçevir) və Azərbaycan-Yapon tədqiqat qrupunun Tağlar mağarasında (Xocavənd) apardığı araşdırmaların ilkin nəticələrini təqdim etmişdir.
Elmi əsərləri A.Zeynalov 100-dən artıq elmi məqələnin və monoqrafiyaların müəllifidir. Onlardan bəziləri aşağıda qeyd edilənlərdir:
(1992) Новая мустьерская стоянка Газма в Азербайджане (1999) К вопросу о куручайской культуре (2005) Результаты разведочных исследований на севере Азербайджана в 2005 г. (2010) ПАЛЕОЭКОЛОГИЧЕСКИЕ УСЛОВИЯ ОБИТАНИЯ ЧЕЛОВЕКА В НАХИЧЕВАНИ В ЭПОХУ МУСТЬЕ (2013) Новые памятники каменного века в Гянджа-Газахском регионе Азербайджана (2013) Палеолитическая пещерная стоянка Газма в Азербайджане (2014) Раннепалеолитические местонахождения в апшеронских отложениях Азербайджана (2014) The First Flake Cleaver (hachereau sur éclat) in the Acheulean of the Caucasus (2014) Новые данные о раннем палеолите Азербайджана (2015) ОТ КУРУЧАЙСКОЙ КУЛЬТУРЫ К СУБКАТЕГОРИИ КАМЕННЫХ ОРУДИЙ ГАРАДЖИ (2016) Neanderthal man's last refuge:(the site upper pleistocene cave Gazma in Azerbaijan) (2017) Kuruchay Culture and its Habitat (2017) Еще раз к вопросу о куручайской культуре (2018) Институт археологии и этнографии НАН Азербайджана, Баку ОРУДИЯ-ГИГАНТОЛИТЫ РАННЕПАЛЕОЛИТИЧЕСКИХ СТОЯНОК АЗЕРБАЙДЖАНА (2018) Орудия-гигантолиты раннепалеолитических стоянок Азербайджана (2019) The Mesolithic-Neolithic interface in the Southern Caucasus: 2016–2017 excavations at Damjili Cave, West Azerbaijan (2020) AZYKH – FIRST OLDOWAN SITE OUTSIDE AFRICA (2020) Палеолитические памятники Карабаха: возвращение к истокам (2020) Новые находки раннего палеолита в апшерон-бакинских отложениях Азербайджана (2021) Abşeron-Bakı yataqlarında Erkən Paleolit dövrünün izləri (2021) Geoarchaeological Investigation in Azerbaijan in 2021 (2022) Archaeological Excavations on the SCPX Pipeline, Azerbaijan 2013-2018 (2022) Geological and geochemical characterization of the Kelbadjar (Kechaldag) obsidian source in Azerbaijan, Lesser Caucasus (2022) RADIOCARBON CHRONOLOGY OF THE MESOLITHIC-NEOLITHIC SEQUENCE AT DAMJILI CAVE, AZERBAIJAN, SOUTHERN CAUCASUS (2023) Gazma Cave—A Final Middle Paleolithic Site in Azerbaijan: Paleogeography, Chronology, Archaeology (2023) The final early Paleolithic of Azerbaijan (based on the Garaja site) (2024) Results of Archaeological Survey in the North and West of the Mangyshlak Peninsula (Western Kazakhstan) in 2024 (2024) Study of the Stone Age Sites on the Coast of Sarytash Bay (Mangyshlak Peninsula, Western Kazakhstan) in 2024 (2024) Tağlar mağarasında arxeoloji tədqiqatların bərpası (2025) AGE AND PALAEOGEOGRAPHY OF GARAJA PALAEOLITHIC SITE (AZERBAIJAN) (2025) Procurement and exchange of obsidian in the Middle Palaeolithic of western Azerbaijan (South Caucasus) (2025) Damjili Cave Revisited, Gazakh, West Azerbaijan (2016–2023) (2025) Renewed excavations at Damjili Cave (2016–2022) (2025) Ancient human settttlements (Azykh and Taglar caves) (2025) Новые данные о возрасте стоянок ашельского времени на Кавказе и в Центральной Азии (2025) "Qazax paleolit arxeoloji ekspedisiyasi"nın 2024-cü ildə Qazax və Ağstafa rayonları ərazisində apardığı kəşfiyyat işlərinin nəticələrinə dair (2025) Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus
Həmçinin bax AMEA Arxeologiya və Antropologiya İnstitutu İstinadlar
Xarici keçidlər
AZIX MAĞARASININ TAPINTILARI BAKIYA GÖNDƏRİLİB
Kateqoriya:Azərbaycan arxeoloqları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı arxeoloqlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri Kateqoriya:Arxeologiya