1920-ci il Quba hadisələri — Azərbaycan İnqilab Komitəsi hakimiyyəti dövründə Quba şəhərində dini hisslərin təhqiri ilə bağlı baş vermiş iğtişaşlar.

Gedişat və reaksiya 1920-ci ilin oktyabrında AK(b)P-nın II qurultayında Nəriman Nərimanov çıxış edərək Şərqdə din məsələsinin son dərəcə həssas olduğunu vurğulamış və bu mövzuda ehtiyatlı davranmağın vacibliyini qeyd etmişdir. Həmin qurultayda Serqo Orconikidze də etiraf edərək bildirmişdir ki, dinlə mübarizədə ciddi səhvlərə yol verilmişdir. O, Qubada baş verən iğtişaşları misal göstərərək qeyd etmişdir ki, qiyamı kasıb təbəqədən olan yerli sakinlər başlamış, səbəb isə bolşevik gənclərinin Qurani-Kərimi təhqir edib yerə ataraq tapdaması olmuşdur. Orconikidzenin sözlərinə görə, Qurani-Kərimin cırılıb atılması “sosial inqilab” sayıla bilməz və bu hərəkət əhalinin ciddi narazılığına səbəb olmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Quba üsyanları Kateqoriya:Azərbaycanda üsyanlar Kateqoriya:Sovet işğalına qarşı üsyanlar Kateqoriya:XX əsrin üsyanları Kateqoriya:1920-ci ildə Azərbaycan