Kraliça Kamilla (Kamilla Rosemari Şand, daha sonra Parker Boules, 17 iyul 1947) — Britaniya kral ailəsinin üzvü və Böyük Britaniya Kralı III Çarlzın həyat yoldaşı olaraq Birləşmiş Krallığın və 14 Birlik ölkələrin kraliçası.
Kamilla Birləşmiş Krallığın Şərqi Susseks qraflığında və Londonun Cənubi Kensinqton bölgəsində böyüyüb, İngiltərə, İsveçrə və Fransada təhsil alıb.
1973-cü ildə Britaniya ordusunun zabiti Endryu Parker Boulzla ailə həyatı qurub və 1995-ci ildə boşanıb. Bu evlilikdən iki üşagı var.
2005-ci ildə Kamilla Vindzor qəsrində Çarlzla evləndi, ardınca Müqəddəs Corc kilsəsində televiziya vasitəsilə Anglikan xeyir-duası verildi. Evləndikləri vaxtdan Çarlz taxta çıxana qədər o, Kornuol hersoginyası titulunu daşıyırdı. 8 sentyabr 2022-ci ildə anası Kraliça II Elizabetin ölümündən sonra Çarlz kral oldu və Kamilla kraliça. Çarlz və Kamillanın tacqoyma mərasimi 6 may 2023-cü ildə Vestminster abbatlığında baş tutdu.
Kamilla monarxı təmsil edən ictimai tədbirlərdə iştirak edir və çoxsaylı xeyriyyə təşkilatlarının himayədarıdır.
Erkən həyatI və təhsili Kamilla Rosmari Şand 17 iyul 1947-ci ildə Londonda anadan olub.Camilla and Charles O, ailəsiylə Şərqi Susseks ştatının Plumpton şəhərindəki XVIII-ci əsrə aid malikanadaHistoric England. "The Laines (1238285)". National Heritage List for England. və Londonun Cənubi Kensinqtond tərəfində yerləşən evlərində yaşayırdı.Brandreth, Gyles
Atası Britaniya Ordusunun zabiti, iş adamı mayor Brus Şand, anası Roland Cubittin (III. Baron Aşkombe) qızı Rozalind idi. Kamillanın Annabel Elliot adlı kiçik bacısı və Mark Şand adında kiçik qardaşı var.
İstinadlar
Kateqoriya:XXI əsr Böyük Britaniya qadınları Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Vindzorlar Kateqoriya:Birləşmiş Krallıq yarış atı sahibləri və yetişdiriciləri Kateqoriya:Britaniya siyasətçiləri