Rudolf Haaq (; ) — əsasən kvant sahə nəzəriyyəsinin fundamental məsələləri ilə məşğul olan alman nəzəri fizikidir. O, kvant sahə nəzəriyyəsinin müasir formulunun banilərindən biri idi və formal strukturu lokallıq prinsipi və lokal müşahidə edilə bilən amillər baxımından müəyyən etmişdir. O, həmçinin kvant statistik mexanikasının təməllərində mühüm irəliləyişlər etmişdir.
Bioqrafiyası
Rudolf Haaq 17 avqust 1922-ci ildə Baden-Vürtemberqin mərkəzində yerləşən universitet şəhəri olan Tübingendə anadan olmuşdur. Ailəsi mədəni orta təbəqəyə mənsub idi. Haaqın anası yazıçı və siyasətçi Anna Haaq idi. Atası Albert Haaq gimnaziyada riyaziyyat müəllimi idi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, II Dünya Müharibəsi başlamazdan bir müddət əvvəl Londonda bacısını ziyarət etdi. Həbs edildi və müharibəni Manitobadakı alman mülki şəxslərin düşərgəsində keçirdi. Orada gündəlik məcburi əməkdən sonra boş vaxtını özünütəcrübəçi kimi fizika və riyaziyyatı öyrənmək üçün istifadə edirdi.
İstinadlar
Xarici keçidlər
.
Kateqoriya:17 avqustda doğulanlar Kateqoriya:1922-ci ildə doğulanlar Kateqoriya:5 yanvarda vəfat edənlər Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:Almaniyada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Almaniya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Ştutqart Universitetinin məzunları Kateqoriya:Hamburq Universitetinin müəllimləri Kateqoriya:Avstriya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Bavariya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri