Arif Feyzulla Xəlil oğlu Ramazanov () — Azərbaycan şərqşünası, farsdilli əlyazmalar üzrə mütəxəssis, tərcüməçi, filoloq.
Həyatı Arif Ramazanov 23 oktyabr 1945-ci ildə Tehran şəhərində anadan olub. 1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsində təhsil alıb. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra, elə həmin il təyinatla AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna qəbul olunub.
Əmək fəaliyyətinə institutda baş laborant kimi başlayan Arif Ramazanov sonradan baş biblioqraf, kiçik elmi işçi, şöbə müdiri ("Materialların ilkin elmi və texniki işlənməsi" şöbəsi, 1973–1980), böyük elmi işçi vəzifələrində çalışmışdır. Onun bütün elmi fəaliyyəti bu institutla bağlı olmuşdur.
Arif Ramazanov 28 sentyabr 2025-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Elmi və tərcüməçilik fəaliyyəti Ramazanov institutun ekspert komissiyasının katibi olmuş, əlyazmaların toplanması, aktlaşdırılması, inventarlaşdırılması və ilkin elmi işlənməsi sahəsində çalışmışdır. O, Azərbaycanın müxtəlif rayonlarında ekspedisiyalarda iştirak edərək əlyazma, qədim çap kitabları və digər tarixi sənədlər toplamışdır.
Arif Ramazanov iyirmidən çox elmi məqalənin müəllifidir. Əllidən artıq kitabın tərtibi, transfoneliterasiyası və ya tərcüməsi onun adı ilə bağlıdır. Onun nəşrə hazırladığı əsərlər arasında:
M. Y. Şirvani – Tibbnamə Mir Mehdi Xəzani – Tarixi-Qarabağ Bahar – Əhvalati-Qarabağ Mirzə Rəhim Fəna – Tarixi-cədidi-Qarabağ M. M. Nəvvab – 1905–1906-cı illərdə erməni-müsəlman davası (K. K. Şərifovla birlikdə), Məzlumnamə Axund Əbdüssəlam Axundzadə – Müqəddəs peyğəmbərlər tarixi M. Y. Qarabaği – Məcmueyi-Vaqif və digər müasirin Seyidəli ibn Kazımbəy – Cəvahirnameyi-Lənkəran Əliverdibəyov – Rəsmli musiqi kitabı Etimadüs-Səltənə – Xeyrati-hissan XIX–XX əsr uşaq ədəbiyyatı tarixi müntəxəbatı Abbas Ağa Nazir Qaibzadə – Əsərləri Mahmud bin Osman Lamei Çələbi – Münşəat-i Məkatib"Məşhur türk təsəvvüf aliminin əsəri çap olunub", Azərbaycan Milli Elmlər Akademiyası, 18 oktyabr 2019. Salman Nərimanov – Səyahətnamə (ərəb əlifbasından transliterasiya etmişdir)"Salman Nərimanovun 'Səyahətnamə' əsəri transliterasiya edilmişdir" , Azərbaycan Tarix Muzeyi, 2025.
2009–2014-cü illərdə tərtib, tərcümə və redaktə etdiyi kitablar: Dərbəndnamələr (2010) lib.az — Dərbəndnamələr, Məczub Təbrizinin Divanı (2013), Marağayinin Əmsal və nəsayihi-türki (2012), İbrahim Tahirin Əsərləri (2012), Təsir Təbrizinin Türkcə şeirləri (2011), Məhəmməd Füzulinin biblioqrafiyası (2011), Şeydanın Gülşəni-maarif (2014).
A. Ramazanov həmçinin Abbasqulu ağa Bakıxanovun Riyazül-Qüds əsərini transfoneliterasiya etmişdir."Abbasqulu ağa Bakıxanovun 'Riyazül-Qüds' əsəri nəşr olunub", Report İnformasiya Agentliyi, 24 aprel 2024.
Hərbi xidməti və beynəlxalq fəaliyyəti 1982–1984-cü illərdə Əfqanıstanda hərbi xidmətdə olmuş, orada hərbi tərcüməçi kimi fəaliyyət göstərmişdir.
O, respublikada keçirilən yüksəksəviyyəli görüşlərdə sinxron tərcüməçi kimi iştirak etmişdir. Heydər Əliyevin 1993-cü ildə İran İslam Respublikası prezidenti Əli Əkbər Həşimi Rəfsəncani ilə görüşlərində tərcüməçi kimi çalışmışdır.
Arif Ramazanov Əlyazmalar İnstitutunun farsdilli əlyazmalar kataloqunu fars dilinə tərcümə etmişdir. Bu kataloq 2000-ci ildə İran İslam Respublikasında çap olunmuşdur."İranda nəşr olunmuşdur", AZƏRTAC, 2025. Həmçinin SSRİ Elmlər Akademiyası və Özbəkistan Respublikası Şərqşünaslıq İnstitutunda saxlanılan farsdilli əlyazmaların kataloqlarını da fars dilinə tərcümə etmişdir.
O, dəfələrlə İrana elmi ezamiyyətlərə göndərilmişdir — 1993, 1996, 2006 və 2011-ci illərdə müxtəlif kitabxana və əlyazma fondlarında tədqiqatlar aparmışdır.
Digər fəaliyyətləri Arif Ramazanov bir neçə muzeyin və mədəniyyət müəssisəsinin ekspert komissiyasının üzvü olmuşdur. O, Üzeyir Hacıbəyli və Cəlil Məmmədquluzadənin ev muzeylərində, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Muzey Eksponatlarının Bərpası Mərkəzində və Respublika Milli Kitabxanasında ekspert kimi fəaliyyət göstərmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Qala Arxeoloji-Etnoqrafik Muzeyindəki ərəb əlifbası ilə olan bütün yazıların oxunuşunu və tarixini müəyyən etmişdir.
Təltifləri 1980 – "Əməkdə fərqlənməyə görə" medalı 1983 – "Qırmızı Ulduz" ordeni
İstinadlar
Ədəbiyyat "Dərbəndnamələr" – Arif Ramazanov tərəfindən tərtib və redaktə edilmişdir. "Bürhani-həqiqət" AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ; transfonelit., ön sözün müəl. Ş. Nasir ; elmi red. A. Ramazanov. — Bakı : 3 saylı Bakı mətbəəsi ASC, 2017. 172 s. Abbasqulu ağa Bakıxanovun "Riyazül-qüds" əsəri nəşr olunub | Report.az Muzeyin əməkdaşının elmi redaktorluğu ilə kitab nəşr olunub Mehdiqulu xanın mirzəsi və Bakıxanovun bir əsəri
Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:Azərbaycan mətnşünasları Kateqoriya:Azərbaycanlı mətnşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər