Hənəfilərin siyahısı — Hənəfiliyi mənimsəmiş və ya bu məktəbə mənsub olan şəxsləri ehtiva edir.
Siyahı Əbu Hənifə — məzhəbin banisi. Əbu Mənsur əl-Maturidi — Hənəfilərin mənimsədiyi kəlam məktəbinin banisi. Əbu Yusif — Əbu Hənifənin tələbəsi. Məhəmməd əş-Şeybani — Əbu Hənifənin tələbəsi. Züfər ibn Hüzeyl — Əbu Hənifənin tələbəsi. Həsən ibn Ziyad — Əbu Hənifənin tələbəsi. Fudeyl ibn İyad — Əbu Hənifənin tələbəsi olan sufi. Yusif Həmədani — Xorasanlı sufi. Davud ət-Tai — Əbu Hənifənin tələbəsi olan kufəli sufi. İsa ibn Əbən — fəqih və qazı. Abdullah ibn Mübarək — Əbu Hənifənin tələbəsi. Əbu Həfs əl-Kəbir — Buxaranın İslamlaşmasına mühüm təsiri olmuş Hənəfi fəqih. Əbu Həfs əs-Sağir — Hənəfi fəqih, Əbu Həfs əl-Kəbirin oğlu. Həmmad ibn Əbu Hənifə — Əbu Hənifənin oğlu. Atasından "əl-Fiqhul-Əkbər"i etmişdir. Qasım ibn Məin — fəqih, mühəddis və qazı. İsmayıl ibn Həmmad ibn Əbu Hənifə — Əbu Hənifənin nəvəsi. Əbu Səid əl-Bərdəi — Hənəfiliyin və mötəzilliyin görkəmli nümayəndəsi. Əbu Muqatil əs-Səmərqəndi — Əbu Hənifənin tələbəsi. Əbu Zeyd əd-Dəbusi – Qiyas və üsul elmini inkişaf etdirən Hənəfi alim. Əbu Muti əl-Bəlxi — Əbu Hənifənin tələbəsi. Müəllimdən "əl-Fiqhül-Əbsat"ı rəvayət etmişdir. Təhavi — fəqih. Bişr əl-Mərisi — kəlamçı və fəqihi. Yəhya ibn Müəz ər-Razi — sufi. Əbu Abdullah əl-Bəsri — Mötəzilə kəlamçısı olan Hənəfi fəqih. Əbül-Həsən əl-Kərxi — Hənəfi məzhəbini sistemləşdirən fəqihlərdən biri. Hakimi-Şəhid — hədis və fiqh alimi. Bahaəddin Nəqşibəndi — Nəqşibəndi təriqətinin banisi. Yəhya əl-Qəttan — hədis hafizi və rical alimi. Əbu Yalə əl-Mövsili — hədis alimi. Yəhya ibn Main — hədis və rical alimi. Əbu Süleyman əl-Cürcani — fiqh alimi. Cəssas — fəqih və müctəhid. Əbül-Leys əs-Səmərqəndi — fiqh, təfsir və hədis alimi. Quduri — fəqih və müctəhid. Mövlanə — sufi, şair və filosof. İbrahim ibn Ədhəm — sufi. Halvani — Buxara alimlərinin imamı, fəqih. Əbül-Bərəkət ən-Nəsəfi — Hənəfi məzhəbinin post-klassik dövründə ən təsirli alim. Əbu Həfs ən-Nəsəfi — fəqih, mühəddis, müfəssir və kəlamçı. Əbül-Muin ən-Nəsəfi — Əbu Mənsur əl-Maturidinin qurmuş olduğu sünni kəlam məktəbini inkişaf etdirmiş Hənəfi alim. Pəzdəvi — fiqh alimi. Əbül-Yusr Pəzdəvi — fəqih. Səraxsi — Türkistanlı fəqih. Ələddin əs-Səmərqəndi — fəqih, Kəsaninin müəllimi. Kəsani — fəqih. Fatimə əs-Səmərqəndi — fəqih, Kəsaninin həyat yoldaşı, Ələddin əs-Səmərqəndinin qızı. Xəşşaf — fəqih və müctəhid. Mərğinani — fəqih. Siracəddin əs-Səcavəndi — Hənəfi fəqihi və riyaziyyatçı alim. İbn Qutlubuğa — fəqih və hədis alimi. Fəxrəddin Qazıxan — fəqih. Zeylai — fəqih və hədis alimi. Osman ibn Əli əz-Zeylai — fəqih. Nurəddin əs-Sabuni — kəlamçı. İbni-Hümam — fəqih. Zəbidi — fəqih. Kamalpaşazadə — Osmanlı şeyxülislamı. Birgivi — Osmanlı alimi. Şəhabəddin əl-Alusi — Bağdad müftüsü. Numan əl-Alusi — əqidə Sələfi, fiqhdə Hənəfi olan kəlamçı və fəqih. Əli əl-Qari — fəqih, mühəddis, müfəssir və qiraət alimi. Xacə Bəqi-Billah — Rəbbaninin mürşidi, Nəqşibəndiliyi Hindistanda yayan sufi. Əhməd Sərhəndi — Nəqşibəndi təriqətinin Mücəddidi qolunun banisi. Sufi, alim və mücəddid. Şah Vəliyullah Dəhləvi — hindistanlı alim, mücəddid və mühəddis. Şah Əbdüləziz Dəhləvi — hindistanlı müfəssir və mühəddis. Əbdülhəyy əl-Ləknəvi — fəqih və mühəddis. İbn Abidin — Osmanlı alimi. Əbussüud Əfəndi — Osmanlı şeyxülislamı. Bədrəddin Şibli — hüquqçu. Zahid Kövsəri — Osmanlı alimi. Əhməd Feyzi — Osmanlı alimi. Məhəmməd Hüseyn əz-Zəhəbi — misirli alim və siyasətçi. Əbdülfəttah Əbu Quddə — Suriyada İxvanul-Müslimin hərəkatının aparıcı simalarından biri. Əbdürrəşid ən-Numani — pakistanlı mühəddis. Hüseyn Əhməd Mədəni — hindistanlı alim. Məhəmməd Mustafa əl-Əzəmi — hind əsilli hədis alimi. Məhəmməd Təqi Osmani — Kəraçinin Darul-Ülum Universitetinin müəllimi və müftü. Məhəmməd Əli əs-Sabuni — suriyalı fəqih və müfəssir. Əbu Bəkr Sifil — türk akademik.
Həmçinin bax Əhli-Rəy
İstinadlar
Kateqoriya:Hənəfi məzhəbi Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər