Natiq Telman oğlu Şirinov (10 avqust 1970, Biləsuvar) — Azərbaycan dövlət xadimi, gömrük xidməti general-mayoru. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (2022-ci ildən). Tərcümeyi-hal Natiq Şirinov 10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1987-ci ildə Biləsuvar rayon N. Gəncəvi adına 1 saylı tam orta məktəbi gümüş medalla bitirmişdir. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun (Bakı filialı) bakalavr pilləsinə daxil olmuş, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1993–1996-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

Peşəkar fəaliyyət 1999–2001 — Dövlət Əmlakı Nazirliyində müxtəlif vəzifələr. 2001–2005 — İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələr. 2006–2011 — «Ataholdinq» ASC-də departament direktorunun müavini / departament direktoru vəzifələrində çalışmışdır. 2011–2020 — Vergilər Nazirliyində baş idarə rəisi vəzifəsində işləyib. 2020–2022 — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi olub. 27 dekabr 2022 — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Mükafatlar 9 fevral 2015 — «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilib. 11 fevral 2020 — «Tərəqqi» medalı ilə təltif edilib.

Şəxsi həyat Ailəlidir; 3 övladı var.

İstinadlar