Plestiodon egregius (Körfəz skinki) — Cənub-Şərqi Amerika Birləşmiş Ştatlarına endemik olan kiçik bir kərtənkələ növü.
Təsvir "Plestiodon egregius" kiçik, parlaq, silindrik formalı və qəhvəyi rəngli bir kərtənkələdir. Cavan fərdlərin adətən mavi quyruğu olur ki, bu da heyvanın ümumi uzunluğunun yarısından çoxunu təşkil edir. Yenidən böyümüş quyruqlar və yaşlı fərdlərin quyruqları adətən çəhrayı rəngdədir. Ayaqları bir qədər kiçilmişdir və yalnız səthdə hərəkət zamanı istifadə olunur, qumda "üzərkən" isə istifadə edilmir (Christman 1992). Çütləşmə mövsümündə erkəklərin yan tərəflərində rəngli narıncı naxışlar inkişaf edir. "Plestiodon egregius"un uzunluğu 9–15 sm (3.5–6 in) arasında dəyişir.
İstinadlar
Xarici keçidlər Comprehensive overview of the Bluetail Mole Skink at the U.S. Fish and Wildlife Service. Multispecies Recovery Plan for South Florida, section on the Bluetail Mole Skink (PDF file, 147 KB).
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1859-cu ildə təsvir edilən sürünənlər Kateqoriya:1858-ci ildə təsvir edilən heyvanlar