və ya Hanaoka Zuiken – Yaponiya cərrahı və həkimi. Tibb tarixində narkoz tətbiq edərək əməliyyat həyata keçirən ilk şəxsdir. Yaponiyada anesteziologiyanın qabaqcılı hesab olunur.
İlk illəri 1760-cı ildə Kii vilayətinin Kaminaka bölgəsində yerləşən Nişiyama kəndində doğulmuşdur. Onun atası cərrahiyyənin holland üslubunu mənimsəmiş cərrah idi. 1782-ci ildə Kiotoda Yoşimasu Nanqayın şagirdi olmuş və ənənəvi Çin tibbinin məktəbi olan Koyhonu öyrənmişdir. Yamato Kenryunun şagirdi kimi Qərb tibbinin texnikalarını da öyrənmişdir. 1785-ci ildə öyrəndiklərini tətbiq etmək üçün öz məmləkətinə qayıtmışdır.
Karyerası Hanaoka Seyşu 20 il davam edən təcrübələrindən sonra narkoz üçün "mafutsusan" adlı maddə ixtira etmişdir. Bu maddə altı xam dərmanın qarışığından ibarət idi. O, 1805-ci ildə döş xərçəngi əməliyyatı zamanı bu narkozdan uğurla istifadə etmişdir. O, bədxassəli şişlər, qanqren, boyun vərəm limfadeniti, hemoroid kimi xəstəliklərin əməliyyatı zamanı da bu narkozdan istifadə etməyə davam etmişdir. 1802-ci ildə Kii hanının rəsmi həkimi, 1833-cü ildə daymyonun şəxsi həkimi təyin olunmuşdur.
Seyşunun şüarı "həyatın prinsiplərini açıqlayın, daxili xəstəlikləri cərrahiyyə ilə birləşdirin" idi. Yaponiyada bir çox həkim onun şagirdi olmuş və onun əməliyyatlarda istifadə etdiyi texnikalar Hanaoka metodu kimi tanınmışdır. Bir çox kitab nəşr etdirmişdir. Əsas əsərlərinə "Şoka saqen", "Sanka saqen", "Şokan koqi", "Nyuqan-ben" və "Seyşu zatsuva" daxildir.
Populyar mədəniyyətdə Yaponiya yazıçısı Savako Ariyoşi Hanaoka Seyşunun həyatına əsaslanan "Hanako Seyşunun arvadı" (1966) romanını yazmışdır.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya cərrahları Kateqoriya:Ranqaku Kateqoriya:Yaponiya ixtiraçıları Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yaponiya anestezioloqları Kateqoriya:Alimlər