Dryophytes cinereus və ya Hyla cinerea — Ağacqurbağaları fəsiləsinə aid qurbağa növü. Ümumi məlumat Dryophytes cinereus əsasən ABŞ-nin mərkəzi və cənub-şərq bölgələrində yaşayır. Açıq meşəliklərdə, daimi su mənbələri və bol bitki örtüyü olan ərazilərdə məskunlaşır. Dryophytes cinereusə bəzən Amerika yaşıl ağac qurbağasıda deyilir. O, qış yuxusu və cütləşmə mövsümlərində tamamilə suda yaşayır.

Ərazisini qoruyarkən ya aqressiv səs siqnalları verir, ya da daxil olanlarla mübarizə aparır, lakin bu nadir hallarda yaralanma və ya ölümlə nəticələnir. Yırtıcılardan qaçmaq üçün qurbağa suya tullanır və ya ağacların zirvəsinə qalxır.

Təsviri Dryophytes cinereus orta ölçülüdür. Uzun ayaqları, incə və axıcı bədən quruluşu və hamar dərisi var. Uzunluğu 3,2 ilə 6,4 santimetr arasında dəyişir. Yeni çevrilmiş balaların uzunluğu təxminən 20,6 mm-dir. Onların bel tərəfi parlaq yaşıldan qırmızımtıl-qəhvəyiyə qədər dəyişən rənglərə malik ola bilər. Bu rəng müxtəlifliyi səbəbindən qurbağa digər növlərlə səhv salına bilər. Bəzi məlumatlar göstərir ki, Dryophytes cinereuslar arxa fon və ya temperatur dəyişikliklərinə uyğun olaraq rəng dəyişdirə bilər. Bel tərəfi kiçik qızılı ləkələrlə örtülüdür, qarın tərəfi isə ağ və ya krem rənglidir. Dryophytes cinereusların yan tərəflərində ağ zolaqlar var. Onlar normal olaraq ekzotermik və heterotermikdir. Onun orta çəkisi 3,76 qramdır, lakin bu 2,15 qram ilə 5,11 qram arasında dəyişə bilər. Dişilər adətən erkəklərdən daha böyükdür.Lodato, M. J., Engbrecht, N. J., Klueh-Mundy, S., & Walker, Z. (2014). The Green Treefrog, Hyla cinerea (Schneider), in Indiana. Proceedings of the Indiana Academy of Science, 123(2), Article 2.

Çoxalması Daha böyük erkəklər cütləşmə zamanı dişiləri cəlb etmək üçün daha güclü səs siqnalları verir və ya fiziki üstünlüyə malik olur. Dişi Dryophytes cinereuslar erkəklərdən daha böyükdür. Bədən ölçüsü tez-tez rəqabət qabiliyyətini və reproduktiv davranışı müəyyən edən mühüm amildir. Cütlər amplexus vasitəsilə çoxalır. Erkəklər dişiləri cəlb etmək üçün aşağı tezlikli səs siqnalları verir. Cütləşmə rəqabəti zamanı erkəklər qonşu rəqiblərin səslərini dinləyir və ya siqnal vaxtını tənzimləyir, ya da səssiz qalaraq yaxınlaşan dişiləri ələ keçirir. Androgenlər erkəklərin səs çıxarmasını stimullaşdırır.

Dryophytes cinereusların yaşayış mühiti əsasən şəhərləşmə və meşə örtüyünü məhv edən yanğınlar səbəbilə kəskin şəkildə azalır. Əksər amfibiyalar dar yaşayış mühiti tolerantlığına və miqrasiya məhdudiyyətlərinə malik olduğundan, Amerika yaşıl ağac qurbağaları meşə örtüyünün bərpası üçün alternativ sığınacaqlara ehtiyac duyur. Son illərdə şəhərləşmə səbəbilə Dryophytes cinereusların çoxalmaq üçün istifadə etdiyi bataqlıqlarda duzluluq və pestisid konsentrasiyası artmışdır. Bu, spermin hərəkətliliyinə mənfi təsir göstərmiş və reproduktiv uğurun azalmasına səbəb olmuşdur.

Qalereya

İstinadlar

Ədəbiyyat Hammerson & Hedges (2004). Hyla cinerea. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org.

Xarici keçidlər

. Database entry includes a range map and brief justification of why this species is of least concern. Betten, Jane. "Hyla cinerea (green treefrog)." Animal Diversity Web, University of Michigan "Green Treefrog, Hyla cinerea." Northern Prairie Wildlife Research Center, U.S. Department of the Interior USGS page Images of development from egg to adult frog The Green Tree Frog: How a Bill Becomes a Law PBS Learning Media

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1799-cu ildə təsvir edilən suda-quruda yaşayanlar Kateqoriya:Ağacqurbağaları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Ev heyvanları