Susseks () — Həm ət, həm də yumurta istehsalı üçün yetişdirilən Britaniya mənşəli iki məqsədli bir toyuq cinsi. Həm standart ölçülü, həm də bantam quşlar üçün səkkiz rəng növü tanınır. 1903-cü ildə "Sussex Breed Club" adlı cins assosiasiyası yaradılmışdır.Breed Classification. Poultry Club of Great Britain. Archived 12 June 2018.
Xüsusiyyətlər
Susseks toyuğu zərif, uzun, geniş və düz bir arxaya, uzun və düz döş sümüyünə, geniş çiyinlərə və düzbucaqlı quruluşa malikdir. Quyruq bədəndən 45 dərəcə bucaq altında tutulur. Tünd rəngli növlərdə gözlər qırmızı, açıq rəngli növlərdə isə narıncıdır. İbikləri təkdir. Qulaq yumruları qırmızı, ayaqları və dəriləri isə bütün növlərdə ağ rəngdədir. Xoruzlar təxminən 4.1 kq, toyuqlar isə 3.2 kq çəkiyə malikdir.Victoria Roberts (2008). British poultry standards: complete specifications and judging points of all standardized breeds and varieties of poultry as compiled by the specialist breed clubs and recognised by the Poultry Club of Great Britain. Oxford: Blackwell. . Böyük Britaniya Quşçuluq Klubu tərəfindən səkkiz rəng növü tanınır: qəhvəyi, sarı, koronasiya, açıq, qırmızı, gümüş, xallı və ağ. Açıq Sussex növünün bədəni ağ, quyruğu qara, qanad lələkləri və qanad örtükləri qara rəngdədir; boyun lələkləri ağ olub qara zolaqlıdır. Sarı növ eyni naxışlara malikdir, lakin qızılı-sarı zəmində yaşıl-qara rənglər var. Gümüş növ açıq növlə oxşardır, lakin boz budları və gümüş zolaqlı tünd döşü var. Qırmızı növ açıq növlə eyni naxışlara malikdir, lakin əsas rəng zəngin tünd qırmızıdır. Xallı növ zəngin tünd maun rəngindədir, hər lələyin qara nöqtəsi və ağ ucu var. Ağ növ isə tamamilə ağ rəngdədir. Koronasiya Sussex növü açıq növlə eyni naxışlara malikdir, lakin qara yerinə bənövşəyi rəngdədir. Bu növ VIII Eduardın tacqoyma mərasimi üçün yaradılmışdı – lakin bu mərasim heç vaxt baş tutmadı – və İkinci Dünya müharibəsi dövrünə qədər yoxa çıxdı.David Scrivener (2014). Popular Poultry Breeds. Ramsbury: Crowood. . Bu növün Böyük Britaniya bayrağındakı qırmızı, ağ və mavi rənglərə malik olduğu düşünülürdü. 1980-ci illərdə koronasiya bantam növü yenidən yaradıldı. Amerikan Quşçuluq Assosiasiyası üç rəng növünü tanıyır: açıq, qırmızı və xallı. Qırmızı və xallı növlər 1914-cü ildə, açıq növ isə 1929-cu ildə "Standart of Perfection" siyahısına əlavə edilmişdir.APA Recognized Breeds and Varieties: As of January 1, 2012. American Poultry Association. Archived 4 November 2017.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Toyuqkimilər