Fransiskan kilsəsi () — Zalsburq şəhərində yerləşən Avstriyanın ən qədim kilsələrindən biri. Kilsə şəhərin Altstadt bölgəsində Fransiskan Monastırının qarşısında yerləşir. Bu ərazidə ilk kilsə VIII əsrdə inşa edilmişdir. 1408–1450-ci illər arasında Romanesk xor hissəsi Qotika üslubunda yenidən qurulmuşdur. 1468–1498-ci illər arasında isə incə bir Qotik qüllə əlavə edilmişdir. Kilsə Müqəddəs Məryəmə həsr edilmişdir və 1635-ci ilə qədər məhəllə kilsəsi kimi fəaliyyət göstərmişdir. 1642-ci ildə Fransiskan Ordeninə təhvil verilmişdir. XVIII əsrdə İohan Bernhard Fişer fon Erlaş tərəfindən kilsənin daxili interyeri barokko üslubunda yenidən layihələndirmişdir.

Tarixi Bu ərazidə ilk kilsə VIII əsrdə Müqəddəs Virqil dövründə inşa edilmişdir. O, bu kilsəni vəftiz mərasimləri üçün istifadə edirdi. 1139-cu ilə aid bir sənəddə bu ərazidə bir məhəllə kilsəsinin olduğu qeyd edilmişdir. Bu kilsə 1167-ci ildə başqa beş kilsə ilə birlikdə, o cümlədən Dom kilsəsi ilə birlikdə yanğın nəticəsində məhv edilmişdir. XIII əsrin əvvəllərində (1208-ci ildən başlayaraq) kilsənin mərkəzi nefi Roman üslubunda inşa edilmişdir və bu, onu Zaltsburqun ən qədim binalarından birinə çevirmişdir. Kilsə 1221-ci ildə təqdis edilmişdir.

1408–1450-ci illər arasında Usta Hans fon Burqhauzen Roman xor hissəsini əvəz etmək üçün parlaq Qotika xorun tikintisinə başlamış, bu işi Stefan Krumenauer tamamlamışdır. 1468–1498-ci illər arasında incə bir Qotika qüllə əlavə edilmişdir. Kilsə Müqəddəs Məryəmə həsr edilmişdir və 1635-ci ilə qədər məhəllə kilsəsi kimi fəaliyyət göstərmişdir. 1670-ci ildə arxiyepiskop Maks Qandolf fon Kuenburq kilsə qülləsinin yuxarı hissəsinin sökülməsini əmr etdi, çünki bu, kafedral qülləsindən daha hündür idi. Qüllə 1866-cı ildə Yozef Vessiken tərəfindən Neoqotika üslubunda bərpa edilmişdir. XVIII əsrdə kilsənin daxili interyeri barokko üslubunda yenidən dizayn edilmişdir. Yüksək qurbangahın arxasında yerləşən "Rozari" şapelləri XVI əsrdən qalmışdır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Sacred Destinations

Kateqoriya:Avstriyada qotik memarlıq Kateqoriya:VIII əsrə aid kilsələr Kateqoriya:VIII əsrdə yarananlar