Nəsibov Hafiz Qənbər oğlu () — Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri, hakim.
Həyatı 1988-ci ildə Kuibışev Dövlət Universitetini bitirib. 1979-cu ildə Kuibışev metallurgiya zavodunda montajçı işləyib.
1979–1980-ci illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin tikinti-quraşdırma İdarəsində dülgər, 1982–1986-cı illərdə Kuybışevsk ixtisaslaşdırılmış istehsal zavodunun "Rostorqmontaj" Trestinin çilingəri vəzifəsində işləyib.
1986-cı ildə Bakı şəhəri Oktyabrsk rayonu Xalq məhkəməsinin katibi, 1988–1989-cu illərdə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin baş hüquq məsləhətçisi olub.
1989–1990-cı illərdə Kuibışev vilayətinin Borsk rayonu prokurorluğunun müstəntiqi, 1990–1994-cü illərdə Azərbaycan Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin baş hüquq məsləhətçisi olub.
1994–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, 2000–2003-cü illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi olub.
2003–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayət işləri üzrə birinci instansiya kollegiyasının sədri olmuşdur.
2007–2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmə işləri üzrə məhkəmə kollegiyasının sədri olub. 2010-cu ildən Azərbaycan Ali Məhkəməsinin hakimidir.
6 may 2020-ci ildən Azərbaycan Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyasının sədridir.
Təltifləri 2008-ci ildən Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır.
21.11.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 11.02.2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri