Malaqa kafedralı () — İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən Malaqa şəhərindəki Roma-Katolik kilsəsi. Kilsə, İntibah memarlıq ənənəsinə aiddir. Kafedral, indi mövcud olmayan orta əsrlərə aid Mavr divarlarının əhatə etdiyi ərazidə yerləşir; bu divarların qalıqları yaxınlıqdakı Alkasaba və Gibralfaro qəsri ətrafında qalır. Kafedral 1528-1782-ci illər arasında Diyeqo de Siloenin çəkdiyi planlar əsasında inşa edilmişdir və daxili interyeri də İntibah üslubundadır.
Təsvir və tarix
Fasad, binanın digər hissələrindən fərqli olaraq, Barokko üslubundadır və iki səviyyəyə bölünür; aşağı səviyyədə mərmər sütunlarla ayrılmış üç tağ var. Qapıların üzərində daşa oyulmuş medalyonlar var, yan qapıların üzərindəki medalyonlar Malaqanın himayədar müqəddəsləri olan Müqəddəs Kiriakus və Müqəddəs Paula'yı, mərkəzdəki isə Müjdəni təsvir edir. Şimal qülləsi 84 metr (276 fut) hündürlüyündədir və bu, binanı Əndəlüsün ikinci ən hündür kafedralı edir (Sevilyadakı Giralda'dan sonra). Cənub qülləsi isə tamamlanmamışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1782-ci ildə yarananlar Kateqoriya:Katolik kafedralları Kateqoriya:İntibah tikililəri