Müreysi müharibəsi, Bəni Müstəliq savaşı və ya Bəni Müstəliq qəzvəsi () — 627-ci ildə müsəlmanlarla Bəni-Müstəliq qəbiləsi arasında baş vermiş döyüş.

Döyüş

Döyüşdən əvvəl Qureyş qəbiləsi bütün müttəfiqlərini hərəkətə gətirərək Xəndək döyüşü üçün hazırlıqlara başladı. Bəni-Müstəliqin başçısı Haris ibn Əbu Dirar, böyük sayda ordu toplayaraq Müreysi quyusunun başında müsəlmanlar qarşı mövqe tutdu. O, Mədinəyə hücuma hazırlaşırdı.

Döyüş Bu xəbəri alan Məhəmməd, 700 nəfərlik ordu ilə Bəni-Müstəliqə qarşı hücuma keçdi. Məhəmməd peyğəmbər əvvəlcə Ömərdən Bəni-Müstəliqi İslama dəvət etməsini istədi. Bəni-Müstəliq Ömərin çağırışına oxlarla cavab verdi. Hücuma keçən müsəlmanlar Müreysi quyusu ətrafında Bəni-Müstəliqi məğlub etdilər.

Döyüşün nəticələri Bəni-Müstəqildən 10, müsəlmanlardan 1 nəfər öldürüldü. Haris ibn Əbu Dirar qaçdı. Bəni-Müstəliqdən 600 və ya 700 nəfər əsir alındı. 2000 dəvə, 5000 qoyun və çox sayda qənimət elə keçirildi. Əsirlərin arasında Harisin qızı Cüveyriyə bint Haris də var idi. Bu döyüşdən sonra ətrafdakı paqan qəbilələrin hücum planları pozuldu. Bəni-Müstəliq qəzvəsinin Xəndək döyüşündən sonra baş verdiyi də söylənmişdir.

Həmçinin bax

İfk hadisəsi

İstinadlar

Kateqoriya:İslam Kateqoriya:İslam tarixi Kateqoriya:Məhəmmədin döyüşləri