– Tokioda mövcud olmuş restoran. Yaponiya pornoaktyoru Ken Şimizuya məxsus olmuşdur. Restoran "nəcis dadlı" karri servis etməsinə görə tanınmışdır.
Tarixi 16 avqust 2015-ci ildə Yaponiya pornoaktyoru Ken Şimizu və Opanpon adı ilə fəaliyyət göstərən menecer Hiroki Okada Tokionun Setaqaya rayonunun Çitose-Funabaşi bölgəsində "zarafat məqsədli restoran" açmışdırlar. Şimizu "SPA!" jurnalına verdiyi bir müsahibədə uşaqlıqdan etibarən "nəcisi sevdiyini" bildirmiş və "hər kəsin nəcis dadını bilməsi" üçün bu restoranı açdığını qeyd etmişdir. Onun ilham mənbəyi bir tədbirdə yediyi "nəcis dadlı karri" olmuşdur.
Restoranın yeganə ana yeməyi onların "nəcis dadlı karrisi" olmuşdur. Bu yemək qüdrət narı, yapon yamı, soğan, kök, farş edimiş toyuq, kakao tozu, senburi çayı ilə qarışdırılmış karri tozunda qaynadılmış balıq bağırsaqlarından hazırlanırdı. Şimizu resepti internetdən götürdüyünü, lakin daha acı olması üçün bir qədər dəyişdirdiyini demişdir. Adına baxmayaraq, yeməyin tərkibində nəcis yox idi. Yemək ənənəvi yapon tualetinin formasında olan qablarda servis olunurdu. Qiyməti 400 yenlə 1200 yen (böyük ölçülü) arasında dəyişirdi. Restoran 1000 yen qiymətində olan bir butulka sunun yanında pulsuz senburi çayı, eləcə də, gedəndə pulsuz hava təravətləndiricisi təklif edirdi.
Restoran 4 yanvar 2016-cı ildə bağlanmışdır. Restoranın 2015-ci ilin oktyabrında bağlanması planlaşdırılmışdı, lakin populyarlığı səbəbilə 2016-cı ilin yanvarına qədər fəaliyyət göstərməyə davam etmişdir.
Qəbul Restoran açılmazdan öncə Şimizu və Okada 400 yetkin şəxs arasında sorğu keçirmiş, 80% şəxsin restorana gəlmək istəmədiyi məlum olmuşdur. Şimizuya görə restorana gələn insanların 90%-inin restorana "pis" deməsi gözlənilirdi.
Pornoaktrisa Uehara Ay restoranda servis olunan karrini "bu il qarşılaşdığı ən çətin tapşırıq" adlandırmışdır. "Kai-You" media şirkətinin redaktor heyəti karrinin dadını "iyrənc" adlandırmış, "kəskin qoxu və qəribə görsənən teksturanın ağızı bürüdüyünü" qeyd etmişdir.
İstinadlar
Kateqoriya:Tokio restoranları Kateqoriya:2015-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Setaqaya Kateqoriya:Yapon karrisi Kateqoriya:Keçmiş restoranlar