Əbül-Münzir Hişam ibn Urvə ibn Zübeyr ibn əl-Əvvam ibn Hüveylid ibn Əsəd (; ) — Tabiin nəslinə mənsub mühəddis.
Bioqrafiyası Hicri 61-ci (680) ildə Mədinədə dünyaya gəlib. Bənu Əsəd qəbiləsinə mənsubdur. Atası Urvə ibn Zübeyrdir.
Səhabələrdən Abdullah ibn Ömər, Səhl ibn Səd, Cabir ibn Abdullah və Ənəs ibn Maliki görüb. Hişam, Urvə ibn Zübeyrdən, əmisi Abdullah ibn Zübeyrdən, Əbu Sələmə ibn Əbdürrəhman ibn Əvfdən, İbnül-Münkədirdən, Əmr ibn Şueybdən, Zöhridən, Əbüz-Zinəddən və xanımı Fatimə bint Münzirdən hədis rəvayət etmişdir.
Ondan da Əyyub əs-Sixtiyani, Məmər ibn Rəşid, İbn Cüreyc, Şöbə, Süfyan əs-Səvri, Leys ibn Səd, Malik ibn Ənəs, Abdullah ibn Mübarək, Süfyan ibn Uyeynə və Yəhya əl-Qəttan kimi tanınmış mühəddislər hədis rəvayət ediblər.
Hişam ibn Urvə hicri 146-cı (763) ildə Bağdada, xəlifə Mənsurun yanına getmiş və həmin il orada vəfat etmişdir. Cənazə namazını Mənsur özü qıldırılmışdır. Məzarı Heyzüran qəbiristanlığındadır.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:İslam tarixi Kateqoriya:VIII əsr ərəbləri