Melogale everetti (Kalimantan porsuğu) — Həmçinin "Everett xorek porsuğu" və ya "Kinabalu xorek porsuğu" kimi tanınan, Kalimantan adasına endemik olan kiçik, hər şeyi yeyən porsuq növü. Mustelidae fəsiləsinin bir üzvüdür və "Melogale" cinsinə aid altı növdən biridir.

Təsvir

"Melogale everetti" porsuğu, rəngi boz qəhvəyidən tünd qaraya qədər dəyişən, alt hissəsi daha açıq rəngli bir kürk ilə örtülmüşdür. Bu xorək porsuğu növünün ən tanınan və müəyyən edici xüsusiyyəti, üzündəki "xorək kimi maska" rənglənmə nümunəsidir ki, bu da ya ağ ya da sarı rəngdədir. Bu növ, başının üstündən çiyinlərinin altına qədər uzanan, rəngi ağdan qırmızıya qədər dəyişən dorsal zolaq ilə digər xorek porsuqlarından da fərqlənir. "Melogale everetti" porsuğu, qısa ayaqları və geniş pəncələri olduğu üçün xorek porsuqlarına xasdır. Pəncələri güclü qazma caynaqları, eləcə də ayaqların yastıqları boyunca uzanan qırışlar və dırmaşma uyğunlaşmaları olduğuna inanılan barmaqlar arasında qismən pərdə ilə təchiz edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Dələlər Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Oldfild Tomas tərəfindən adlandırılmış taksonlar