İtsamna (mayya. Itzamna) — mayya mifologiyasında yaradılış tanrısı. Onun dişi təcəssümü (və ya həyat yoldaşı) İş-Çeldir. İtsamna eyni zamanda bəşəriyyətə yazını və təqvimi bəxs edən tanrıdır. O, eyni zamanda tibbin mühafizəçisi idi.
Haqqında Mayya tarixinin ən mühüm tanrılarından biri olmasına baxmayaraq, onun haqqında danışılacaq çox şey yoxdur. "Samna" adı ilə də tanınan İtsamna, göy tanrısı, gündüz və gecənin hakimidir. Əfsanəyə görə, bu tanrı Mayya sivilizasiyasına dili istifadə etməyi, qarğıdalı becərməyi, təqvimdən istifadə etməyi və daha bir çox şeyi öyrətmişdir.
İtsamna ilə bağlı mühüm bir istinad 1843-cü ildə Frederik Katervud tərəfindən Yukatandakı İsamalda yerləşən Mayya Kabil piramidasının divarlarından birində tapılmışdır. Daha sonra, 1860-cı ildə Dezire Şarne tərəfindən şəkili çəkilmişdir. Lakin tikili eroziya, zaman və təəssüf ki, yerli xalqın diqqətsizliyi səbəbindən itib getmişdir.
İstinadlar
Kateqoriya:Səma və hava tanrıları Kateqoriya:Bilik tanrıları Kateqoriya:Yaradıcı tanrılar Kateqoriya:Ovçuluq tanrıları Kateqoriya:Tibb və sağlamlıq allahları