Müqəddəs Florian Monastırı (almanca: Stift Sankt Florian) — Avstriyanın Sankt Florian şəhərində yerləşən Avqustin monastırıdır. 9-cu əsrin əvvəllərində təsis edilmiş və daha sonra 11-ci əsrdə Avqustinlilər tərəfindən yenidən qurulmuşdur. Müqəddəs Florian, Yuxarı Avstriyanın ən böyük monastırıdır və Melk Abbatlığı və Klosterneuburg Monastırı ilə birlikdə Avstriyada Barokko memarlığının ən təsirli nümunələrindən biri hesab olunur.Parsons 2000, p. 257. Monastır, Müqəddəs Floriana həsr edilmişdir, onun 4-cü əsrə aid məzarı monastırın altında yerləşir.Baumgartner 2001, p. 2.

Tarix

Müqəddəs Florian adını daşıyan monastır, Karolinqlər dövründə təsis edilmişdir. 1071-ci ildən etibarən Avqustin Kanonikləri icmasına ev sahibliyi edir və beləliklə, Müqəddəs Avqustin qaydalarını tətbiq edən dünyanın ən qədim fəaliyyətdə olan monastırlarından biridir. 1686-1708-ci illər arasında monastır kompleksi Barokko üslubunda Karlo Antonio Karlone tərəfindən yenidən qurulmuşdur, onun şah əsəri Müqəddəs Florian monastırıdır. Onun ölümündən sonra Yakob Prandtauer işi davam etdirdi. Nəticədə Yuxarı Avstriyanın ən böyük Barokko monastırı yarandı. Bartolomeo Altomonte freskaları yaratmışdır. Kitabxana qanadının tikintisi 1744-cü ildə Yohan Gotthard Haybergerin rəhbərliyi altında başladı. Kitabxana təxminən 130,000 ədəddən ibarətdir, o cümlədən bir çox əlyazmalar. Qalereyada 16-17-ci əsrlərə aid çoxsaylı əsərlər, həmçinin Dunay Məktəbinin, xüsusilə Albrext Altdorferin orta əsrlərə aid bəzi əsərləri var.

İstinadlar

Xarici keçidlər

Stift St. Florian official website St. Florian Boys Choir official website

Kateqoriya:I minillikdə memarlıq Kateqoriya:1680-ci illərin memarlığı Kateqoriya:XI əsrə aid monastırlar Kateqoriya:Avstriya muzeyləri Kateqoriya:Yuxarı Avstriya Kateqoriya:Avstriyadakı Roma-katolik kilsələri