– Yaponiya səs aktrisası. "Delicious in Dungeon" animesində Marsil Donato personajını səsləndirmişdir.
Həyatı və karyerası Sayaka Senbonqi 24 noyabr 1995-ci ildə Yaponiyanın Saytama prefekturasında doğulmuşdur. İbtidai məktəbdə oxuyanda "Neon Genesis Evangelion" animesini izləməyi sevdiyini və bu anime sayəsində seyyu adlı peşənin olduğunu öyrəndiyini qeyd etmişdir. Liseyin ikinci və üçüncü ilində "K-On!" animesini izləmiş və seyyu olmağa qərar vermişdir. O, valideynlərinin də anime və manqa sevdiklərini, onun bu qərarını dəstəklədiklərini bildirmişdir. Liseydə oxuyarkən mis nəfəs alətləri ifadə edən bir musiqi qrupunun üzvü olmuşdur.
Səs aktrisası olmaq üçün Yaponiya Nəqletmə İnstitutunda təhsil almışdır. Seyyu kimi debütünü "Chronicles of the Going Home Club" animesində gerçəkləşdirmişdir. Məzun olduqdan sonra "I'm Enterprise" agentliyinə qoşulmuşdur. İlk əsas rolu 2016-cı ildə "Kabaneri of the Iron Fortress" anime serialında Mumey rolu olmuşdur. 2017-ci ildə "Ən yaxşı yeni aktyor" kateqoriyasında Seyyu Mükafatının qalibi olmuşdur.
Animeoqrafiya Sayaka Senbonqi "Girlish Number" animesində Çitose Karasuma, "Kabaneri of the Iron Fortress" animesində Mumey, "Clockwork Planet" animesində AnchoR, "That Time I Got Reincarnated as a Slime" animesində Şuna, "Beastars" animesində Haru, "Heavenly Delusion" animesində Kiruko, "Kaiju No. 8" animesində Konomi Okonoqi, "Delicious in Dungeon" animesində Marsil Donatonu səsləndirmişdir.
Şəxsi həyatı Manqa fanatıdır. 2019-cu ildə seyyu Tasuku Hatanaka ilə evlənmişdir. Onların "Kabaneri of the Iron Fortress" animesində səsləndirdikləri personajlar arasında da romantik münasibətlər var idi.
İstinadlar
Xarici keçidlər Agentlik profili
Kateqoriya:Yaponiya səs aktrisaları