– Yaponiya səs aktrisası və müğənnisi. "My Dress-Up Darling" anime serialında Marin Kitaqavanı səsləndirməsinə görə tanınır. "Morfonica" qrupunun gitaraçısıdır.

Həyatı və karyerası Hina Suquta 17 aprel 1995-ci ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. Orta məktəb illərində "Gintama", "One Piece", "Bleach" animelərini, lisey illərində "Free!" və "Uta no Prince-sama" animelərini bəyəndiyini qeyd etmişdir. Liseydə oxuyarkən akustik gitarada ifa etməyə başlamış, xüsusilə, Yuinin fanatı olmuşdur. O, bütün cib xərcliyini yığaraq akustik gitara aldığını və məktəbdən sonrakı bütün vaxtını təkbaşına praktika edərək keçirdiyini qeyd etmişdir. Yuinin ilk əsas sinqlı olan "Feel My Soul" sinqlının ən sevdiyi mahnı olduğunu bildirmişdir. Bir müddət Sinqapur və Honkonqda yaşamış, Yaponiyaya qayıtmazdan öncə ingilis dilini öyrənmişdir.

Universitetdən məzun olduqdan sonra bağça müəllimi kimi işləməyə başlamış, lakin universitetdə birlikdə oxuduğu dostu Çiharu Hokazenin təklifi ilə seyyu olmağa qərar vermişdir. 2018-ci ildə "Afterlost" mobil oyunundakı Haruka rolu ilə debüt etmişdir. O, oyunun dünyasında yer alan "SPR5" idol qrupunun üzvü seçilmişdir. 2018-ci ildə "BanG Dream!" franşizası üçün yaradılmış "Morfonica" qrupunun gitaraçısı olmuş, Toko Kiriqayanı canlandırmışdır. 2023-cü ildə "Ən yaxşı yeni aktyor" kateqoriyasında Seyyu Mükafatının qaliblərindən biri olmuşdur.

17 aprel 2024-cü ildə – 29-cu ad günündə "Nippon Columbia" leyblı altında "Lavender Blue" sinqlını buraxaraq solo müğənni kimi debütünü gerçəkləşdirmişdir. 4 may 2024-cü ildə "Supernova Kawasaki"də ilk solo konserti baş tutmuşdur. 2025-ci ildə ilk musiqi albomunu və CD-sini buraxmışdır.

Animeoqrafiya Hina Suquta "My Dress-Up Darling" (2022–2025) animesində Marin Kitaqavanı, "Silent Witch" animesində Keysi Qrovsu səsləndirmişdir.

Şəxsi həyatı Özündən kiçik bir bacısı var.

İstinadlar

Xarici keçidlər Rəsmi musiqi saytı

Kateqoriya:Yaponiya səs aktrisaları Kateqoriya:Seyyu Mükafatı qalibləri Kateqoriya:Yaponiyanın qadın müğənniləri Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri