Haliç metro körpüsü— İstanbulda Haliç üzərində yerləşən, M2 metro xəttinə xidmət edən və üzərində Haliç metro stansiyası olan kanatlı bir körpüdür. M2 xəttinin Taksim-Yenikapı uzantısının bir hissəsi olaraq tikintisinə 2 yanvar 2009-cu ildə başlanmış və Yenikapı uzantısı ilə birlikdə 15 fevral 2014-cü ildə istifadəyə verildi. 1960-cı illərə aid ilkin layihə işləri ilə körpü Şişhane ilə Haliç arasındakı M2 metro xəttini birləşdirir. Körpü gəminin keçməsi üçün açılıb bağlana bilmə özəlliyinə sahibdir. Tarixi 2009-cu ilin noyabrında UNESCO İstanbulu Ümumdünya irsi siyahısından çıxarmaqla hədələdikdən sonra qüllələrin təklif olunan hündürlüyü proqnozlaşdırılan 82 m (269 fut) səviyyəsindən 65 m (213 ft) endirildi. Galereya

İstinadlar

Kateqoriya:İstanbul metropoliteni Kateqoriya:2014-cü ildə Türkiyədə yarananlar Kateqoriya:İstanbuldakı körpülər Kateqoriya:Fatih (İstanbul)