Heloderma horridum (Meksika muncuqlu kərtənkələsi) və ya sadəcə "muncuqlu kərtənkələ" — "Helodermatidae" fəsiləsinə aid olan bir kərtənkələ növü. Bu, əsasən Meksika və cənubi Qvatemalada tapılan iki zəhərli muncuqlu kərtənkələ növündən biridir. Bu növ və eyni cinsin digər üzvləri, o cümlədən Gila canavarı (Heloderma suspectum), açıq şəkildə zəhər ifraz etmə sistemi inkişaf etdirmiş yeganə kərtənkələlərdir. Meksika muncuqlu kərtənkələsi Gila canavarından daha böyükdür və daha solğun rəngə malikdir: qara rəngli və sarı zolaqlıdır. Bu, əsasən yumurta ilə qidalanan ixtisaslaşmış yırtıcı olduğu üçün onun zəhərinin əsas istifadəsi hələ də alimlər arasında mübahisə mövzusudur. Bu zəhərdə şəkərli diabetin müalicəsində dərman istehsalı üçün faydalı olan bir neçə ferment tapılmışdır və onun zəhərinin farmakoloji istifadəsi ilə bağlı tədqiqatlar davam edir.
Yaşayış mühiti və yayılma
"Heloderma horridum" kərtənkələləri Sakit okean hövzələrində, cənubi Sonoradan cənub-qərbi Qvatemalaya qədər və iki Atlantik hövzəsində, mərkəzi Çiapastan cənub-şərqi Qvatemalaya qədər tapılır. Onların yaşayış mühiti əsasən səhra, tropik yarpaqlı meşələr və kolluqlardır, lakin şam-palıd meşələrində də tapıla bilər, dəniz səviyyəsindən 1500 metr yüksəkliyə qədər yayılmışdır. Vəhşi təbiətdə bu kərtənkələlər yalnız apreldən noyabrın ortalarına qədər fəal olur və gündə təxminən bir saat yer üstündə keçirirlər.
İstinadlar
Xarici keçidlər IRCF's Guatemalan Beaded Lizard Conservation Project Mexican Beaded Lizard at the LA Zoo Mexican Beaded Lizard at the Saint Louis Zoo Protecting Guatemalan beaded lizards: Conservation Heloderma
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1829-cu ildə təsvir edilən sürünənlər Kateqoriya:1829-cu ildə təsvir edilən heyvanlar