Təzəkənd Dəmiryol Stansiyası — Ağdam rayonunun Təzəkənd qəsəbəsinin yaxınlığında, Baş Qərvənd kəndinin inzibati ərazisində və Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazi hüdudlarında, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Köçərli Dəmiryol Stansiyasından 21 km. sonra gələn dəmiryol stansiyası.

Tarixi 1908-ci ildə Yevlax—Bərdə—Ağdam—Xankəndi—Şuşa dar (ensiz) dəmiryolu xəttinin çəkilişi ilə bağlı işlər başlanmışdı, amma Birinci Dünya müharibəsi səbəbindən işlər yekunlaşmamışdı.

1942-ci ildə istismara verilmiş Evlax-Ağdam-Stepanakert dar (ensiz) dəmir yolu xəttinin üzərində Baş Qərvənd kəndinin yaxınlığında yük platforması kimi istismar edilib.

1967-ci ildə dar (ensiz) dəmir yolunun yatağında yenidən qurularaq, Yevlax—Bərdə—Ağdam dəmiryolu istifadəyə verilən zaman həmin xəttə Tərtərin Köçərli Dəmiryol Stansiyasından sonra Ağdamın bu Dəmiryol Stansiyası istismara verilmişdi.

Bu Stansiya Ağdam stansiyası ilə eyni gündə 1968-ci ildə açılmışdı.

Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, 1993-cü ildə Ağdam şəhərinin işğalı ilə bu Stansiya təmas xəttində qalmış, istismarı mümkünsüz olmuşdu.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbəsi nəticəsində, 2020-ci il Qarabağ Atəşkəs bəyanatına əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycana qaytarılmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən Bərdə—Ağdam dəmiryol xəttində layihələndirilməsi və tikinti işləri başlanılmış, Təzəkənd Dəmiryol Stansiyasının da yeni yerdə (kəhnə stansiyadan bir az kənarda) layihələndirilməsinə start verilmişdi.

26 noyabr 2025-ci ildə məlumat verildi ki, Bərdə—Ağdam dəmiryol xəttinin yoxlanılması üçün ölkəyə yeni gətirilən FLIRT sərnişin qatarıla sınaq gedişi həyata keçirilmişdi. 10 may 2025-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bərdə—Ağdam dəmiryol xəttinin və Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olmuşdu.

23 may 2025-ci ildə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacəyev, İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Koordinasiya Qərargahının üzvləri ilə birlikdə Ağdamdan qatarla Bakıya getmişdilər.thumb|Təzəkənd Dəmiryol Stansiyasının köhnə binası. Köhnə təmas xəttində2025-ci ildə tam bərpa edilib, istismara verilibdir. Bu stansiya əvvəlki stansiyadan bir neçə metr aralıda yerləşir. thumb|Təzəkənd Dəmiryol Stansiyası, 2025.09.09 thumb|Təzəkənd Dəmiryol Stansiyasının yol xətti, 2025.09.09

İstinadlar

Kateqoriya:Azərbaycandakı dəmiryol stansiyaları Kateqoriya:1967-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Ağdam rayonu Kateqoriya:Qarabağ iqtisadi rayonu Kateqoriya:1967-ci ildə açılmış dəmiryol stansiyaları