Şencini () — Albaniya Republikasında şəhər və keçmiş bələdiyyə.
2023-cü il siyahıyaalınmasında əhalinin sayı 6,963 nəfər idi.
Yerləşməsi Şencini Albaniyanın şimal-qərbində, Drina çayının ağzından şimalda, Leja şəhərindən 8 km şimal-qərbdə, Adriatik dənizinin sahilində yerləşir. Şəhərin şərq hissəsində, Adriatik dənizin sularından təqribən 100 m məsafədə və hündürlüyü təxminən 159 m olan, Rrenci adlı dağ var. Həmçinin, şəhərin yaxınlığında Adriatik dənizinin Drina körfəzinin sahilində eyniadlı burnu yerləşir.
Şencini Tirana şəhərində yerləşən "Ana Tereza Beynəlxalq Hava Limanı"ndan təxminən 60 km məsafədə yerləşir.
Şəhərin cənubunda "Kune-Vain-Tale" Təbiət Parkının qorunan ərazisi yerləşir və bu, insanlara bataqlıqların və dəniz sahillərinin təbii mühitindən həzz almaq imkanı yaradır. Eynilə, şəhər mərkəzinin bir az şimalında, sahil xətti boyunca kənd və inkişaf etməmiş qum təpələrindən ibarət olan və Qheq Alban dilində "Rana e Hedhun" və ya standart Alban sahilində "Rera e Hedhur" yerləşir.
Şencini Albaniyanın, Dürres şəhərindən şimalında yerləşən, ən əhəmiyyətli limanıdır. Şəhərdə həmçinin hərbi baza var və orada daimi olaraq patrul gəmisi yerləşdirilib.
Tarixi Şəhər, Qay Yuli Sezarın qeyd etdiyi Lissdən (indiki Leja) 3 mil məsafədə yerləşən Nimfey limanı ( , - pərilərin ziyarətgahı) ilə eyniləşdirilir.
Orta əsr xəritələrində liman Medea (Medeya, Medua) kimi qeyd olunurdu. Bu adın etimologiyası məlum deyil. Bəziləri onu qədim Meteon şəhəri ilə əlaqələndirirlər.
Liman Vəftizçi İohannın şərəfinə italyanca San-Covanni-di-Midua () adı ilə tanınır. Albanca adı Shen Gjon italyan adının təsrifidir və "Müqəddəs İohann" (Shën Gjon) deməkdir.
Şəhərin limanı 1878-ci il Berlin Konqresinin qərarlarına uyğun olaraq 1880-ci ildə Monteneqronun Ulsin verildikdən sonra Şencini limanının əhəmiyyəti daha da artdı.
Şəhər İtaliya-Türkiyə müharibəsi (1911-1912) zamanı İtaliya donanması tərəfindən atəşə tutulub.
Birinci Balkan Müharibəsi zamanı Serbiya Adriatik dənizinə çıxış əldə etmək üçün şəhər limanına iddia qaldırır. İddianın təmin olunması üçün Serbiyanın müttəfiqi olan Rusiya İmperiyasının Xarici İşlər Naziri S. D. Sazonov Antanta dövlətlərinin dəstəyi ilə Avstriya-Macarıstan hökuməti ilə bu məsələ ilə bağlı danışıqlar aparır. Ancaq bu iddia üçlər ittifaqı dövlətləri tərəfindən rədd edilir.
7 aprel 1939-cu ildə Alfredo Quzzoni baş komandanlığı altında italyan qoşunları Albaniya limanlarına, o cümlədən Şencinidə lövbər salır.
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri Kateqoriya:Adriatik dənizinin liman şəhərləri