Şiş supressor geni (antionkogen, şiş supressoru) hüceyrələrin şişə çevrilməsinin qarşısını alan gendir. Bu genlərin məhsulu olan zülallar supressor zülallar və ya antionkozülallar adlanır. Bundan əlavə, antionkogenlər mikroRNT-ləri də kodlaya bilər. Supressor genlər adətən inaktivləşdirici mutasiyalar zamanı aşkar edilir və bu mutasiyalar fenotipik olaraq şişlərin əmələ gəlməsi ilə nəticələnir. Funksional baxımdan, supressor genlər onkogenlərin əksinə təsir göstərir və tez-tez hüceyrə bölünməsinə, hüceyrə böyüməsinə mənfi təsir göstərir, həmçinin apoptozdan yayınmanı məhdudlaşdırır. Ən tanınmış supressor zülallara p53, pRb və PTEN aiddir.

Şiş supressor genləri haqqında fikirlərin kəşfi və inkişaf tarixi Bədxassəli şişlərin inkişafına irsi meyillilik əvvəlki dövrlərdən məlum olsa da, bu faktın elmi izahı yalnız Mendel qanunlarının 1900-cü ildə yenidən kəşf edilməsindən sonra mümkün oldu. Həmin vaxta qədər artıq isə şiş hüceyrələrinin dəyişmiş xromosom dəstinə malik olması elmə məlum idi.Онкогены и гены-супрессоры опухолей. // Развитие современных знаний о причинах рака. Пер. с англ. Н. Д. Фирсова (2016).

Teodor Bovari xərçəngin genetikası ilə bağlı anlayışların formalaşmasına mühüm töhfə vermişdir. Onun fərziyyəsinə əsasən, bəzi xromosomlar hüceyrə bölünməsini stimullaşdırır, digərləri isə onu ləngidir və ya qarşısını alır.

İndiki dövrdə də bu iki tip geni daşıyan xromosomların mövcudluğu bizə məlumdur.

Tanınmış şiş supressor genləri

RB1 300px|thumb|Retinoblastoma zülalının üçüncül quruluşu. PDB1ad6 faylı əsasında

TP53 300px|thumb|p53 zülalının DNT ilə kompleksi

BRCA1 Süd vəzi xərçəng

CDKN1A İnsanda CDKN1A geni siklinə bağlı kinazların inhibitorunu kodlayır. Bu zülal həm də p21, Cip1 və Waf1 adları ilə tanınır. O, siklin bağlı kinaza kompleksləri (əsasən CDK1 və CDK2) ilə birləşir və onların aktivliyini tənzimləyir. Konkret təsir inhibitorun konsentrasiyasından asılıdır. Aşağı konsentrasiyalarda p21 hüceyrə bölünməsini stimullaşdırır, yüksək konsentrasiyalarda isə hüceyrə dövranını G1 fazasında dayandırır.

Bundan əlavə, p21 hüceyrəni apoptozdan qoruyur. Yəni, şəraitdən asılı olaraq CDKN1A həm antionkogen, həm də onkogen rolunu oynaya bilər.

CDKN1A geni, adətən, bədxassəli şişlərdə tam inaktiv olmur. p21-in xərçəngin inkişafındakı dəqiq rolu hələ tam müəyyən edilməyib. Araşdırmalar göstərir ki, bəzi şiş növlərində p21-in itirilməsi xəstənin sağ qalma şanslarının aşağı olması ilə əlaqəlidir. Lakin, elə hallar da məlumdur ki, bu zülalın hüceyrələrdə yüksək konsentrasiyası şişin aqressivliyi və metastaz vermə qabiliyyəti ilə müsbət korrelyasiya edir. Bu xüsusilə p21-in hüceyrə nüvəsi əvəzinə sitoplazmada toplanması hallarında müşahidə olunur.

CDKN1B İnsanda CDKN1B geni, daha bir siklinə bağlı kinaza inhibitoru olan CDKN1B və ya p27 (Kip1) zülalını kodlayır. Bu zülal hüceyrə dövranını tənzimləyir və onun G1 fazasında dayanmasına cavabdehdir. CDKN1B, A siklinə bağlı kinaza 2 və E siklinə bağlı kinaza 2 komplekslərinin aktivliyini boğur (səngidir).

CDKN1B genindəki mutasiyalar insanlarda və siçanlarda çoxsaylı endokrin vəzilərin şişlərinin yaranmasına meyillilik yaradır. Bu xəstəlik bir ailənin nümunəsində təsvir edildiyi üçün IV tip çoxsaylı endokrin neoplaziya adlandırılmışdır.

CDKN1B geninin müəyyən allelik variantları ilə prostat vəzi xərçənginə genetik meyillilik arasında əlaqə müəyyən edilmişdir. Bu variantlardan biri 326T/G (V109G) birnukleotid polimorfizmidir. Tədqiqatlar göstərmişdir ki, 326T variantı üzrə homoziqot olan şəxslərdə yayılmış prostat vəzi karsinomasının inkişaf riski artır.

Başqa bir nümunə −79C/T polimorfizmidir. Bu zaman C allelinin genotipdə olması yalnız prostat deyil, digər orqanların da xərçənginə tutulma riskini artırır.

PTEN 300px|thumb|İnsanda PTEN fosfatazasının quruluşu. N-terminal fosfataza domeni mavi rəngdə, C-terminal C2-domeni isə qırmızı rəngdə göstərilmişdir. İnsanda PTEN geni, PTEN adlı fosfatazanı (ingiliscə phosphatase and tensin homologue) kodlayır. Bu ferment həm zülal, həm də lipid substratlarına qarşı aktivdir. Bu gen ilk dəfə müxtəlif növ xərçəng şişlərində tez-tez mutasiyaya uğramış bir gen kimi müəyyən edilmişdir.

PDCD5

İstinadlar

Kateqoriya:Onkologiya Kateqoriya:Tibbin bölmələri