Şirinbiyanlı pizza () — 2021-ci ildə istehsal edilmiş ABŞ yetkinliyə keçid komediya-dram filmi. Filmin ssenaristi və rejissoru Pol Tomas Andersondur. Baş rolları ilk dəfə kino karyeralarına başlayan Alana Haim və Kuper Hoffman canlandırır. Filmdə həmçinin Şon Penn, Tom Veyts, Bredli Kuper və Benni Safdi kimi tanınmış aktyorlar iştirak edir. 1973-cü ildə cərəyan edən hadisələr yeniyetmə aktyor (Hoffman) ilə məqsədsiz həyat sürən gənc qadın (Haim) arasındakı münasibətlərdən bəhs edir.
Film Amerika Birləşmiş Ştatlarında 2021-ci il noyabrın 26-da məhdud sayda kinoteatrlarda nümayiş olunmağa başlamış, 25 dekabr tarixində isə geniş ekranlara çıxarılmışdır. İstehsal büdcəsi 40 milyon dollar olan film, dünya prokatında 33 milyon dollar gəlir əldə etməsinə baxmayaraq, tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və 94-cü "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı film", "Ən yaxşı rejissor" və "Ən yaxşı orijinal ssenari" nominasiyalarında təqdim edilmişdir. Bu, "Metro-Goldwyn-Mayer" şirkətinin 1988-ci ildə "Yağış adam" filmindən sonra tam şəkildə istehsal etdiyi, marketinqini həyata keçirdiyi və distribyutorluğunu təmin etdiyi ilk "Ən yaxşı film" nominantı olmuşdur. Film çoxsaylı digər nominasiyalar və mükafatlar arasında Milli İcmal Şurasının üç mükafatına ("Ən yaxşı film" daxil olmaqla) layiq görülmüş, Amerika Film İnstitutu tərəfindən 2021-ci ilin ən yaxşı filmləri siyahısına daxil edilmiş, 79-cu "Qızıl Qlobus" mükafatlandırma mərasimində dörd nominasiyada ("Ən yaxşı film – musiqili və ya komediya" daxil olmaqla) təqdim edilmiş və BAFTA mükafatını "Ən yaxşı orijinal ssenari" nominasiyasında qazanmışdır.
Təsvir San Fernando vadisi, 1973-cü il. İşində əminliklə addımlayan və yaşına görə qeyri-adi dərəcədə yetkin görünən on beş yaşlı uşaq aktyoru Qeri Valentaynın cəsarətli davranışı və möhkəm xarakterindən heyrətə gələn iyirmi beş yaşlı fotoqraf köməkçisi Alana Keyn, bu gözlənilməz pərəstişkarının təklifinə məəttəl qalsa da, nəhayət razılıq verib onunla bir fincan qəhvə içməyə yola düşür. Hadisələr bir-birini əvəz etdikcə, mənəvi bağlarla bir-birinə bağlanan bu iki insan, başı kələkbazlıqdan çıxmayan bu dünyada öz yollarını tapmaq və həyatda məqsədlərinə çatmaq üçün müxtəlif biznes layihələrinə əl atırlar. Onlar əvvəlcə kiçik alver işləri ilə məşğul olur, daha sonra isə daha ciddi biznes planları qururlar. Bir tərəfdən də özlərini cəmiyyətdə təsdiq etməyə can atır, müxtəlif dairələrdə hörmət qazanmağa çalışırlar. Lakin məsələ burasındadır ki, həyat heç də həmişə gül-çiçək deyil. Arabir qarşılarına elə çətinliklər, elə maneələr çıxır ki, adamın əli-qolu yanına düşür. Belə vəziyyətdə sual yaranır: görəsən, bu iki gənc insan - yaş fərqlərinə, cəmiyyətin təzyiqlərinə və həyatın gözlənilməz sürprizlərinə baxmayaraq, aralarındakı bu səmimi dostluq münasibətini qoruyub saxlaya biləcəklərmi? Bəlkə də zaman göstərəcək, ancaq hələlik onlar bir-birlərinin dayağı olmağa davam edirlər.
Rollarda Alana Haim — Alana Keyn Kuper Hoffman — Qeri Valentayn
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2021-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin orta məktəb filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:COVID-19 pandemiyasından təsirlənən filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:COVID-19 pandemiyasına görə istehsalı dayandırılan filmlər Kateqoriya:Focus Features filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri