Hacı Zeynalabdin Tağıyev adına Bakı Toxuculuq Tikiş BirliyiÖzəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qanunu — tekstil və tikiş məmulatlarının istehsalı ilə məşğul olan müəssisə. Bakıda, Zığ qəsəbəsi yaxınlığında fəaliyyət göstərmişdir. Toxuculuq fabrikinin tikintisi 1897-ci ildə Bakı neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən başlanmış və 1900-cü ildə istismara verilmişdir. Hazırda müəssisənin binaları tərk edilmiş vəziyyətdədir.На осколках заброшенной текстильной империи
Tarixi
1897-ci ildə Hacı Zeynalabdin Tağıyev böyük tekstil fabrikinin tikintisinə başlamış və lifli materialların emalı üzrə səhmdar cəmiyyəti yaratmaq üçün icazə almaq məqsədilə çar hakimiyyətinə müraciət etmişdir. Əvvəlcə, 11 oktyabrda "H. Z. A. Tağıyevin Bakıda lifli materialların emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti"nin Nizamnaməsi təsdiqlənmiş, daha sonra imperator II Nikolay cəmiyyətin yaradılmasına icazə vermişdir. Cəmiyyətin əsas kapitalı 2 milyon rubl təşkil etmişdir. Bu məbləğ 1898-ci ilin yanvarında Dövlət Bankının Bakı filialına köçürülmüş və hər biri 1000 rubl dəyərində 2 min ədəd adlı səhmə bölünmüşdür. Hacı Zeynalabdin Tağıyevə nəzarət səhm paketi (1935 səhm) mənsub idi, ailə üzvləri 30 səhmə, müəssisədə xidmət edən şəxslər və onların qohumları isə 35 səhmə sahib olmuşdur.
Fabriki tikmək niyyətində olan Tağıyev Zığ və Əhmədli kənd icmalarından 192 dessiatin torpağın icarəyə götürülməsi üçün razılıq almışdır. L. Əliyevanın fikrinə görə, bu, icma rəhbərlərinin rüşvətlə əldə edilməsi yolu ilə baş vermiş ola bilər. Torpaq xəzinənin mülkiyyəti hesab edildiyinə görə Tağıyev kənd icmaları ilə bağladığı müqavilələri Bakı quberniyası və Dağıstan vilayətinin Dövlət Əmlakı İdarəsinə təqdim etmişdir.
1900-cü ildə fabrika istismara verilmişdir. Tikinti prosesi mərkəzi tekstil fabriklərinin sahibləri tərəfindən ciddi maneələrlə üzləşmişdir. Nəticədə, Zığda 24 hektar ərazidə fabriklər və digər tikililərdən ibarət bütöv bir kompleks yaranmışdır. Fabrikin tikintisi Tağıyevə 6 milyon rubla başa gəlmişdir. Başqa məlumatlara görə, tikinti xərcləri 3,310,000 rubl təşkil etmiş, bunun 2,007,000 rublu texnoloji avadanlıqların alınmasına sərf olunmuşdur. Sonradan Tağıyev fabriki genişləndirmiş, xamışlama, kəmər-boyama-aparat şöbələri, hamam, fabrika dükanları, gözətçi otaqları və s. üçün binalar tikmiş və 1909-cu ilə qədər fabrikin sahəsi 44 hektara çatmışdır. Zığda yerləşən "H. Z. A. Tağıyevin lifli materialların emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti"nin bu fabriki Qafqazda ən böyük, Rusiya imperiyasında isə ən iri fabriklərdən biri idi.
1905-ci ilə qədər fabrikin illik istehsal həcmi 2,200,500 rubl təşkil etmişdir. Əlisöhbət Sumbatzadəyə görə, onun orta illik istehsal həcmi 1,695,500 rubl olmuşdur. 1909–1913-cü illərdə fabrikdə işləyən işçilərin sayı min nəfəri keçmiş, bunun təxminən 150-si qadın olmuşdur.
Hacı Zeynalabdin Tağıyev həmçinin, Əhmədli kəndi yaxınlığında yerləşən, kobud parça, bəz və mitkal, həmçinin ötürücü kəmərlər istehsal edən "Qafqaz lifli materialların emalı Səhmdar Cəmiyyəti"nin fabrikinə sahib idi. Bu fabrikdə min işçi çalışırdı. 21 iyun 1920-ci ildə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin qərarı ilə "Qafqaz lifli materialların emalı Səhmdar Cəmiyyəti"nin bütün müəssisələri və Zığdakı pambıq-parça fabriki milliləşdirilmiş, fabrika isə "V. İ. Lenin adına Qırmızı lifli materialların emalı fabriki" adlandırılmışdır.
2010-cu ildə onun direktoru Tofiq Quliyev idi və təqribən 800 işçisi var idi.“Tağıyev kombinatı“ işləmir
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan fabrikləri Kateqoriya:Hacı Zeynalabdin Tağıyev Kateqoriya:Bakıdakı binalar və tikililər