El Kokuite palçıq vulkanı () — Meksikada yeganə palçıq vulkanı. El Kokuite və ya El Salitral dördüncü dövr çöküntülərində, ölkənin şərq hissəsində, liman şəhəri Verakrusdan 60 km cənubda yerləşir.

Haqqında El Kokuite palçıq vulkanı Meksika körfəzinin geniş hövzəsinin tərkibinı daxil olan və Şimali Amerika, akit Okean və Karib plitələrinin konvergent zonaslna aid Verakrus çökəkliyinin Papalopan cənub zonasında yerləşir. Çökəkliyin qərb hissəsində təbaşir və daha qədim çöküntülərdən təşkil olunan üstəgəlmə strukturları, şərqdə isə faylar inkişaf etmişdir. Seysmik kəşfiyyatda müəyyən edilən sturktur miosen çöküntülərində uzunsov, az meyilli antiklinal olub, burada təbaşir-oliqosen çöküntü kompleksi daha kəskin ifadə olunan ensiz qılıca malik qırışıqlıq strukturunu əmələ gətirir vı qırılma pozulması ilə mürəkkəbləşmşdir. Vulkan antiklinalın cənub-şərq undulyasiyasında əmələ gələn, eni 1–2 km olan qırışığın tağ hissəsində yerləşir. Vulkan hündürlüyü 6m, oturacağının diametri təxminən 25 m və uzunsov kraterinin ölçüləri 1–1.5 m olan yüksəkliyi təmsil edir. Krater xırda qaz qabarcıqları çıxan açıq boz rəngli, maye palçıqla dolmuşdur. Verakrus əyalətinin aşkar edilmiş neft yataqları 1100–1300 m dərinlikdə yatan təbaşir çöküntüləri, sənaye əhəmiyyətli qaz yataqları isə miosen konqlomerat qatı ilə əlaqədardır.

Həmçinin bax Şrab palçıq vulkanı

İstinadlar

Xarici keçidlər The mud volcanoes known as Los Negritos, in Michoacán, Mexico

Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları