Covanni d'Ambroco () — XIV əsrin sonları - XV əsrin əvvəllərində Florensiyada yaşayıb-yaratmış italyan heykəltərş və memar. Bir zamanlar, onunla eyni dövrdə fəaliyyət göstərmiş adaşı ilə eyni şəxs hesab edilsə də, müasir sənətşünaslıqda bu iki tarixi fiqur bir-birindən fərqləndirilir.

Covanni d'Ambroconun tarixi sənədlərdən aşağıdakı fəaliyyətləri məlumdur:

1366-cı ildə Santa-Mariya-del-Fiore kafedral kilsəsinin inşaat meşəsini quraşdırmışdır Covanni d'Ambroco 1382-1412-ci illərdə Florensiyada heykəltəraş kimi fəaliyyət göstərmiş, Donatello və Nanni di Banko kimi intibah sənətkarlarının birbaşa sələfi kimi, onlarla birlikdə Florensiya kafedralının Porta della Mandrola qapısı üzərində çalışmışdır. Onun əsərləri Florensiya və Roma (məsələn, Santa-Mariya-in-Trastevere kilsəsində kardinal Filipp d'Alansonun qəbirüstü abidəsi) şəhərlərində dövrümüzə çatmışdır.

Kateqoriya:XIV əsr İtaliya heykəltəraşları Kateqoriya:XV əsr İtaliya heykəltəraşları Kateqoriya:XIV əsr İtaliya memarları Kateqoriya:XV əsr İtaliya memarları Kateqoriya:Florensiya məktəbi sənətkarları