Joni Montiel () — İspaniyalı peşəkar futbolçu. Ağdamın Qarabağ klubunda yarımüdafiəçi kimi çıxış edir.

Karyerası Montiel İspaniyanın paytaxtı Madridin Puente de Vallecas rayonunda anadan olub. O, 2010-cu ildə 11 yaşında Rayo Valyekano klubunun gənclər komandasına qoşulub. Futbolçunun peşəkar debütü, 25 oktyabr 2015-ci ildə "Fútbol Alcobendas Sport"a qarşı baş tutan matçda olub. Futbolçunun LaLiqada debüt oyunu isə, 20 dekabr 2015-ci ildə Real Madrid klubuna qarşı matçda baş tutub. Joni bu oyunda, yaşı 17 yaş 108 gün olmaqla, "Rayo Valyekano" klubu tarixində rəsmi matçda meydana çıxan ən gənc oyunçu oldu.

24 aprel 2016-cı ildə baş tutmuş, "Rayo Valyekano B" - "AD Parla" oyununda qol vurmaqla, o, peşəkar karyerasında ilk qolunu vurmuş olur.

2016-cı ilin yayında "Rayo Valyekano" əsas komandası aşağı liqaya düşdükdən sonra o, klubun əsas heyətinə dəvət edilir.

30 yanvar 2018-ci ildə Montiel "Rayo Valyekano" ilə yeni üç illik müqavilə imzalayır və dərhal Segunda Divizion B-də yarışan "CD Toledo" klubuna icarəyə verilir. 31 avqustda o, müvəqqəti müqavilə ilə "Deportivo" klubuna keçir.

İstinadlar

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Rayo Valyekano FK futbolçuları Kateqoriya:Levante FK futbolçuları Kateqoriya:Real Valyadolid FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanda legioner İspaniya idmançıları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Madriddə doğulmuş futbolçular