Meşə yolu () — marinist-rəssam İvan Ayvazovski tərəfindən 1857-ci ildə çəkilmiş rəsm əsəri. Əsər, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Ayvazovski adətən marinist rəssam kimi tanınsa da, rəssam, nadir hallarda başqa mövzulara da müraciət etmişdir. “Meşədə yol” əsəri Ayvazovskinin dəniz mövzusuna həsr olunmamış nadir rəsmlərindən biridir və üslub baxımından Şişkinin yaradıcılığını xatırladır.
Əsərdə zəif işıqlanmış meşə cığırı təsvir olunub. Bir neçə böyük çəlləklə dolu araba, ənənəvi geyimdə olan bir adamın idarə etdiyi öküzlər tərəfindən çəkilir. Arabanın yaxınlığında başqa fiqurlar da görünür, qoyunlar və keçilər isə cığır boyunca və arxa planda səpələnmiş şəkildə yer alıblar. Səhnə qismən işıqla işıqlandırılan qaranlıq, qayalıq uçurumların fonunda baş verir — bu işıq mənbəyi ya batan, ya da doğan günəş təsiri bağışlayır. Rəsm ümumilikdə tünd və bir qədər sirli bir ovqat yaradır.
2020-ci ildə Qarabağ atəşkəs bəyanatının imzalanmasından sonra Qarabağda yerləşdirilmiş Rusiya Sülhməramlı Qüvvələri tərəfindən Xocalıda, Azərbaycan dövlət qurumlarının icazəsi olmadan qurulmuş Ayvazovski abidəsinin 2025-ci ildə demontajından sonra, Andrey Rublyov adına qədim rus mədəniyyəti və incəsənəti muzeyinin direktoru Mixail Mindlin, əsərin Azərbaycandan alınması üçün ictimai təklif irəli sürmüşdür. İstinadlar
Həmçinin bax Fırtınada gəmi - Ayvazovskinin Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan digər əsəri İvan Ayvazovskinin əsərlərinin siyahısı
Kateqoriya:1857-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:İvan Ayvazovskinin rəsm əsərləri Kateqoriya:Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm əsərləri