Halobaena caerulea (Mavi petrel) — "Procellariidae" fəsiləsinə aid olan kiçik bir dəniz quşudur. Bu kiçik petrel "Halobaena" cinsinin yeganə növü. Prionlarla yaxından əlaqəlidir. Cənub okeanı boyunca yayılmışdır, lakin yalnız Antarktika Konvergensiya zonasına yaxın bir neçə ada sahəsində çoxalır.
Təsvir
"Halobaena caerulea"nın lələkləri əsasən mavi-boz rəngdədir, üst qanadlarında, qanad uclarından uzanan tünd "M" formasında bir işarə var. Gözə çarpan qara başlığı və ağ yanaqları var. Aşağı hissəsi ağdır, yalnız boyun yanlarında tünd ləkələr var. Kvadrat şəkilli quyruğunun ucu ağdır. İncə qara dimdiyi var. Uzunluğu 26–32 sm, qanad aralığı 62–71 sm və çəkisi təxminən 200 qramdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:1789-cu ildə təsvir edilən quşlar Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Antarktida quşları