Əhməd Zahir () — əfqan müğənni-bəstəkardır.

1946-cı ildə anadan olmuş sənətkar bir müddət Əfqanıstanın baş naziri vəzifəsini də icra etmiş doktor Əbdül Zahirin oğludur. O, Həbibiyyə liseyini bitirmiş və yol qəzasında ölənə qədər ailəsi tərəfindən xoş qarşılanmadığını hiss etdiyi üçün heç kimə xəbər vermədən həvəskar bir formada səsyazmalar edərək öz işinə davam etmişdir. O, Əfqanıstanın ən məşhur və nüfuzlu musiqiçisi hesab olunur və ölümündən sonra 22 albomu işıq üzü görmüşdür. O, ənənəvi əfqan musiqisinə böyük təsir göstərmişdir. Eyni zamanda onun mahnıları, qəzəlləri və şeirləri də kifayət qədər məşhurdur.

33 yaşında olarkən Sovet İttifaqının dəstək verdiyi kommunistlər tərəfindən öldürüldükdən sonra onun yaradıcılığı üzə çıxmış və o, əfqanların milli qəhrəmanına çevrilmişdir. O, əfqan dili və musiqisində ən nüfuzlu şəxs hesab olunur. Onun Rəşad və Şəbnəm adlı iki övladı da var idi.

Başda Paul Mauriat olmaqla bir çox ölkədən bir çox sənətçi tərəfindən fərqli sözlər ilə lentə alınmış "Tanha Shodam" mahnısı da sənətçiyə məxsusdur.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Ahmad Zahir all albums, songs on SoundCloud SoundCloud.com/AhmadZaher Ahmad Zahir - the documentary film "Afghan Elvis" segment on Radiolab

Kateqoriya:Əfqanıstan bəstəkarları Kateqoriya:Əfqanıstan musiqiçiləri Kateqoriya:Əfqanıstanlı din tənqidçiləri Kateqoriya:XX əsr kişi müğənniləri Kateqoriya:Tacikmənşəli Əfqanıstan şəxsləri Kateqoriya:Yol qəzasında vəfat edən müğənnilər Kateqoriya:XX əsr Əfqanıstan kişi müğənniləri