Oriolus larvatus (Qara başlıqlı sarıköynək) — Oriolidae fəsiləsinə aid bir quş növü. Afrikada rast glinir və parlaq sarı bədəni, ziddiyyətli qara başı və ət rəngli dimdiyi ilə çox diqqət çəkən bir görünüşə malikdir.
Taksonomiya və sistematika
Bəzi alimlər dağ sarıköynəyini qara başlıqlı sarıköynəyin yarımnövü hesab edirlər. Qara başlıqlı sarıköynəyin alternativ adları arasında "Afrika qara başlıqlı sarıköynəyi", "Şərqi qara başlıqlı sarıköynək" və "Şərqi sarıköynək" də var.
Yayılması və yaşayış yeri
Şimalda Cənubi Sudan və Efiopiyadan cənubda Cənubi Afrikaya qədər Səhra altı Afrikanın böyük bir hissəsində yuva qurur. Əsasən akasiya və geniş yarpaqlı meşələr və sıx kolluq sahələri daxil olmaqla, quru tropik meşələrdə yaşayır, burada lələklərinin parlaqlığına baxmayaraq, daha çox eşidilir, nəinki görünür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Sarıköynək Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:1823-cü ildə təsvir edilən quşlar