Rik Riordan (; ) — amerikalı yazıçı. "Persi Cekson və Olimplilər" kitab seriyasının müəllifi. Riordanın kitabları qırx iki dilə tərcümə edilmiş və ABŞ-da otuz milyon nüsxədən çox satılıb. Həyatı Riçard Rassell Riordan Texas ştatının San-Antonio şəhərində anadan olub və böyüyüb. O, "Alamo Heights" liseyini bitirib və ilk olaraq gitaraçı olmaq arzusu ilə Şimali Texas Dövlət Universitetində musiqi proqramına qatılıb. Sonra o Texas Universitetinə keçmiş və burada İngilis dili və Tarixi öyrənib. Rik Riordan Beki Riordan ilə 1985-ci ildə evlənib. Onların Heyli və Patrik adlı iki oğlu var.
Yaradıcılığı Rik Riordan ilk romanını 1997-ci ildə yazıb nəşr etdirib. Bu kitab "Böyük Qırmızı Tekila" ABŞ-da detektiv ədəbiyyat sahəsində bütün ən yüksək ədəbi mükafatları - Entoni, Şamus və Edqar Allan Po mükafatlarını qazanan detektiv-sirr seriyasını açıb. Onlar şəxsi detektiv, döyüş sənəti ustası və San Antoniodan olan Trez Navarre adlı ingilis orta əsr ədəbiyyatı professoru haqqındadır. 2005-ci ildə Riordanın Persi Cekson və Olimpiya tanrıları haqqında yeni uşaq seriyasından ilk kitabı nəşr olundu. Kitab "Persi Cekson və İldırım Oğrusu" adlanırdı. Bu kitabların əsas qəhrəmanı bir gün qədim yunan tanrısının oğlu olduğunu anlayan disleksiyadan əziyyət çəkən on iki yaşlı uşaqdır. O, Persi Cekson seriyası ideyasını oğlu Heyli üçün qədim yunan qəhrəmanları haqqında yatmazdan əvvəl hekayələr kimi təsəvvür edirdi. Heyliyə DEHB və disleksiya diaqnozu qoyulmuşdu və bu, Riordanı baş qəhrəmanı hiperaktiv və disleksik hala gətirməyə ruhlandırmışdı.
Persi Cekson haqqında ilk kitabın işıq üzü görən gündən və bu günə qədər yazıçının hər bir yeni əsəri ardıcıl olaraq New York Times bestseller siyahılarının üst sıralarını tutur. "20th Century Fox" kino şirkəti "The Lightning Thief" filminin adaptasiyası hüququnu əldə etdi, film 2010-cu ildə işıq üzü gördü. Riordan 2005-ci ildə seriyanın ilk romanı olan "İldırım oğrusu"nu nəşr etdirıb. Növbəti kitab "Persi Cekson və Canavarlar dənizi" 2006-cı ildə ABŞ-da ən yaxşı uşaq kitabı seçildi. Seriyanın dördüncü romanı artıq bir milyondan çox satılıb. 2008-ci ildə Riordan "39 açar" roman silsiləsi ideyasını irəli sürdü və seriyanın ilk kitabını yazdı. O, həm də böyük uğur qazandı və Stiven Spilberqin studiyası romanın filmə uyğunlaşdırılması hüququnu əldə edib. Riordan Texasda, San Antonio şəhərində yaşayır. Əsərləri Persi Cekson və Olimplilər seriyası: İldırım oğrusu (2005) Canavarlar dənizi (2006) Titanın lənəti (2007) Labirint döyüşü (2008) Son olimpli (2009) Kane salnamələri Olimp qəhrəmanları Persi Cekson və Yunan tanrıları Magnus Chase və Asgard tanrıları Apollonun missiyaları Hotel Valhalla: Şimal dünyalarına bələdçi Brooklyn House sehrbazının təlimatı İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:XX əsrin ABŞ romançıları