Saguinus oedipus (Pambıq başlı tamarin) — Çəkisi 0,5 kq-dan az olan kiçik meymun. Bu meymun 24 ilə qədər yaşaya bilir, lakin əksəriyyəti 13 yaşına kimi ölür. Ən kiçik primatlardan biri olan Tamarin, alnından çiyinlərinə qədər uzanan uzun, ağ tüklər ilə asanlıqla tanınır. Bu növ tropik meşələrin kənarlarında (Amerika qitəsində) və Kolumbiyanın şimal-qərbindəki meşələrdə olur. Əsas qidaları böcəklərdən, bitki və onun komponentlərindən ibarətdir.
Taksonomiya və adlar İngilis dilindən tərcümədə "Pambıq başlı tamarin" mənasını verir. Adı başını örtən və boynuna düşən ağ tüklərdən gəlir. İspan dilində "Bichichi", "Titi Pielroha", "Titi Blanco", "Titi cabeza Blanca" və "Titi leoncito" adlanır. Bu növ ilk dəfə 1758-ci ildə Karl Linney tərəfindən məşhur "Systema Naturae" kitabının 10-cu nəşrində təsvir edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Cənubi Amerika məməliləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları