Harold Li Vaşinqton (; ) — amerikalı hüquqşünas və siyasətçi. O, 1983–1987-ci illərdə Çikaqo şəhərinin 51‑ci meri olmuş Black Chicago's First Century: 1833–1900, Volume 1; Volumes 1833–1900, By Christopher Robert Reed. Retrieved March 9, 2020.Jet, Sep 6, 2004. Retrieved March 9, 2020. və bu vəzifəyə seçilən ilk afroamerikalı siyasi fiqur kimi tarixə düşmüşdür.
Bioqrafiyası Harold Vaşinqton 15 aprel 1922-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. O, DyuSabl Liseyində təhsil almış, II Dünya müharibəsi səbəbindən təhsilini yarımçıq qoymuş, lakin 1946-cı ildə tamamlamışdır. 1949-cu ildə Ruzvelt Universitetindən bakalavr dərəcəsi, 1952-ci ildə isə Şimal-Qərb Universiteti Hüquq Məktəbindən hüquq üzrə doktor dərəcəsi almışdır. II Dünya müharibəsi zamanı ABŞ Ordu Hava Qüvvələrində xidmət etmiş, Sakit okean bölgəsində yerləşdirilmiş və “First Sergeant” (Birinci Çavuş) rütbəsinə qədər yüksəlmişdir.
1950-ci illərin əvvəllərində Çikaqo şəhər prokurorluğunda çalışmış, daha sonra İllinoys Sənaye Komissiyasında fəaliyyət göstərmişdir. 1965–1976-cı illərdə İllinoys Nümayəndələr Palatasında, 1977–1980-ci illərdə isə İllinoys Senatında qanunverici kimi çıxış etmişdir. 1981-ci ildə ABŞ Konqresinə seçilərək Çikaqonu təmsil etmişdir.
1983-cü ildə keçirilən seçkilərdə qalib gələrək Çikaqonun ilk afroamerikalı meri olmuşdur. Onun dövründə şəffaf idarəçilik, sosial ədalət, müxtəlif etnik və sosial qrupların təmsil olunması, dövlət idarələrində islahatlar həyata keçirilmişdir. Harold Vaşinqton etnik azlıqlara və qadınlara daha çox vəzifə verilməsi ilə şəhər rəhbərliyində təmsilçiliyi artırmışdır.
Onun idarəçiliyi dövründə şəhər şurasında ciddi qarşıdurmalar yaşanmış, müxalif demokratlardan ibarət “Vrdolyak 29-luğu” ilə tez-tez toqquşmalar olmuşdur. Bu mübarizələr “Şura müharibələri” () kimi tarixə düşmüşdür.Hamlish Levinsohn (1983), pp. 91–92, 97.
1987-ci ilin aprelində yenidən seçilmiş və ikinci müddətinə başlamışdır.Travis, "Harold," The Peoples Mayor, 81–82. Lakin 25 noyabr 1987-ci ildə iş yerində ürək tutmasından qəfil vəfat etmişdir.
O, həmçinin gələcək afroamerikalı liderlər, o cümlədən Barak Obama üçün ilham mənbəyi olmuşdur. Vaşinqton bərabər hüquqlu təmsilçilik və demokratik dəyərlərin təbliği baxımından mühüm bir siyasi sima hesab olunur. Harold Vaşinqtonun xatirəsi Çikaqoda bir sıra müəssisələrə verilmişdir:
Harold Washington Library Center – şəhərin əsas kitabxanası Harold Washington College – şəhər kolleci Harold Washington Cultural Center – mədəniyyət mərkəzi
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər "Harold" Program 84 – A This American Life radio story that aired on November 21, 1997. It recounts the political history of Washington's mayoralty. Another program on This American Life is Act 4 "The Other Guy," Program 376: Wrong Side of History. This program recounts the story of Bernard Epton, the opponent in the mayoral race against Harold Washington. Harold Washington Archives and Collections at Chicago Public Library "The Legacy of Chicago's Harold Washington", Cheryl Corley, All Things Considered, November 23, 2007. Retrieved November 23, 2007. , video excerpt from a 1986 documentary special on Richard J. Daley Harold Washington's Political Education Project Records, Black Metropolis Research Consortium Young Lords in Lincoln Park Neighborhood Collection