Həcər Teymur qızı Babayeva () — azərbaycanlı musiqişünas, professor, Əməkdar incəsənət xadimi.

Həyatı Həcər Babayeva 17 aprel 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957–1969-cu illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyanın nəzdindəki Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1969–1973-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Tarixi–nəzəriyyə" fakültəsində fərqlənmə diplomu ilə təhsilini başa vurub.

Fəaliyyəti Pedaqoji fəaliyyətinə 1973–1978-ci illərdə "Bakı məktəbəqədər" Pedaqoji məktəbində müəllim kimi başlamış, 1978–1993-cü illərdə A. Zeynallı adına Musiqi Texnikumunda, 1993–1997-ci illərdə isə Türkiyənin Bilkənd Universitetində çalışmışdır. 1970–2009-cu illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi kollecində müəllim, Bakı Musiqi Akademiyasında əvəzçi müəllim kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən etibarən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqi Nəzəriyyəsi kafedrasında baş müəllim, 2009-cu ildən dosent, 2011-ci ildən isə professor vəzifəsində çalışıb. O, 1995-ci ildə Ankara Bilkənd Universitetində ustad dərslər keçmişdir.

Elmi fəaliyyəti 2008-ci ildə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. İpək Yolu Musiqi Konfransı (Bolu/Türkiyə, Abant İzzət Baysal Universiteti, 2016) Musiqi Təhsili Elmi Şurasının üzvü və oturum başqanı olub. Azərbaycan Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədridir. Azərbaycan Təhsil Nazirliyinin təşkil etdiyi Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I Respublika müsabiqəsinin Təşkilat Komitəsinin üzvü olub. Təhsil Nazirliyinin akkreditasya komissiyalarında sədr kimi fəaliyyət göstərib.

Kitabları Vasif Adıgözəlov – Bakı: "Ergün" nəşriyyatı, 1995.

Sənsiz Səninlə – Bakı: "Adiloğlu" nəşriyyatı, 2006.

Ağabacı Rzayeva – Bakı: "Aspoliqraf", 2013.

Firəngiz Əlizadə – Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014.

Firəngiz Əlizadə. Dünya şöhrətli bəstəkarımız – Bakı: "Vətənoğlu" nəşriyyatı, 2018.

Tədris ədəbiyyatı Elementar musiqi nəzəriyyəsi – dərslik – Bakı: "Çıraq" nəşriyyatı, 2013.

Harmoniya I hissə – metodik vəsait – Bakı, 2010.

Harmoniya II hissə – metodik vəsait – Bakı, 2010.

Harmoniya fənninin tədrisinə dair – metodik vəsait – Bakı, 2014.

Həmçinin bax Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

İstinadlar

Kateqoriya:Azərbaycan musiqişünasları Kateqoriya:Əməkdar incəsənət xadimləri Kateqoriya:1948-ci ildə doğulanlar