Diniyev Şahin Xudakərim oğlu () — Azərbaycanın futbol məşqçisi, keçmiş futbolçu.
Həyatı Şahin Diniyev 12 iyul 1966-cı ildə Beyləqan rayonunda 10 uşaqlı ailədə anadan olub. Əslən Yardımlıdandır. O, 17 yaşında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub.
Övladları Kərim Diniyev və Coşqun Diniyev futbolçu, qardaşı oğlu Ramil Diniyev isə keçmiş baş hakimdir.
Karyerası Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi baş məşqçi karyerasına 2001-ci ildə Rusiya Terekində başlayıb. Sonradan o, Ağdamın Qarabağ, Gəncənin Kəpəz klublarının, eləcə də Azərbaycan millisinin sükanı arxasına keçib. 2005–2007-ci illərdə Azərbaycan milli futbol komandasının baş məşqçisi olub. 2009-cu ildə Şahin Diniyev ikinci dəfə Rusiyanın Terek klubunun baş məşqçisi təyin olunub. Həmyerlimiz bu postda Vyaçeslav Qroznını əvəzləyib.Şahin Diniyev "Terek"in əsas komandasının baş məşqçisi təyin olundu Qol.az tarixi:2009.10.20Şahin Diniyev "Terek"in baş məşqçisi təyin olundu Fanat.az tarixi:2009.10.20Şahin Diniyev "Terek" klubunun baş məşqçisi təyin olundu Apasport. tarixi:2009.10.20 2013-cü ildə Rəvan Bakı klubunun baş məşqçisi postuna təyin olunub. Diniyev 2015/16 mövsümünün sonuna qədər Rəvanın baş məşqçisi olmalı idi. Amma 2014-cü ilin əvvəlində istefaya göndərilib.
2022-ci ilin dekabrında Diniyev Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun baş məşqçisi təyin edilib. 3 noyabr 2024-cü ildə o, klubdakı vəzifəsindən istefa etdiyini açıqlayıb.
İstinadlar
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Axmat FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Qarabağ FK məşqçiləri Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular